Alternate Text

Mühasibat, Hesabat Və Əmək Haqqının Uçotu..

 

Mühasibat uçotu, hesabatlar və əmək haqqı hesablanması üzrə autsorsinq

 

Səhifəmizin əziz qonaqları!

Avtomatlaşdırma nədir? Məktəblidən tutmuş yaşlı nəslə qədər hər kəsə tanış olan bu anlayış, sadə dillə desək, insan müdaxiləsi olmadan müxtəlif növ cihaz və alqoritmlərdən istifadə etməklə prosesin təşkili və idarə edilməsidir. Bugün avtomatlaşdırma insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir. Bu sahələrdən biri də mühasibatlıqdır. Avtomatlaşdırma heç də "mühasibə son" kimi başa düşülməməli, daha çox inkişaf, təkamül kimi qəbul edilməlidir. Bugün bu texnologiya bizlərə nə üçün lazımdır, nələri vəd edir, həyatı necə asanlaşdıra bilər, maraqlıdırsa, oxumağa davam edin.

Mühasibat uçotunun avtomatlaşdırılması nədir?

Mühasibat uçotunun avtomatlaşdırılması mühasibin iş yükünü rahatlaşdırır və sürətləndirir. Artıq mürəkkəb sənədlər yaratmağa və saysız-hesabsız verilənləri daxil etməyə ehtiyac yoxdur. Bütün lazımi düsturlar hazırlanmış, sadəcə sizin bircə klikinizə bağlıdır. Məqsəd əvvəllər həddən artıq qəliz olan əməliyyatları sizin üçün sadələşdirmək və uçot prosesini ümumilikdə asanlaşdırmaqdır. Mühasibat uçotunun avtomatlaşdırılması texnologiyası bugün iş yükünü minimuma endirməklə zamanı daha çox strateji təhlillərə və biznes fəaliyyətinin gücləndirilməsinə ayırmağa imkan verir.

* Vaxta qənaət

Aydındır ki, avtomatlaşdırmanın ən faydalı amili vaxta qənaətdir.

Sizə təklif edəcəyimiz müasir proqram təminatı mühasib və maliyyə işçiləri önündə geniş üfüqlər açmış olacaq, bundan sonra yorucu və gərgin hesabat işlərinin öhdəsindən asanlıqla gələ bilmələrini təmin edəcəkdir. Əgər siz bu metoddan düzgün istifadə edə bilsəniz, dəyərli zamanınızı daha çox biznesiniz üçün yararlı potensial müştəri bazasının genişləndirilməsinə ayıra biləcəksiniz.

* Məhsuldarlığın artması

Yuxarıda göstərilən vaxta qənaətin bariz nəticəsi - elə həmin dövrdə də daha çox istehsal etmə imkanıdır.

Avtomatlaşdırma sizə müştərilərinizlə məhsuldar əməkdaşlıq üçün daha çox zaman qazandırmış olur. Bununla da, siz nəinki işinizin keyfiyyətini, eyni zamanda da, müştəri sayını artırmış olursunuz.

*  Məlumatların dəqiqliyi

Biz sadəcə insanıq və məlumdur ki, insanlar səhvlər edə bilər.

Avtomatlaşdırma texnologiyasının özəlliyi və gözəlliyi ondadır ki, onun sayəsində məlumatları səhv işləmə riski olmadan uçotda saniyələr ərzində minlərlə qeydlər edə bilərsiniz.

* Sürətli məlumat axtarışı imkanı və faylların təhlükəsiz şəkildə saxlanması

Əvvəlki illərin mühasibləri yaxşı xatırlayarlar, hər hansı bir sənədi tapmaq, ona baxmaq üçün sənəd toplusunun həddən artıq çoxluğu səbəbindən onu hətta başqa iş otağında axtarmalı olurdular. Hətta bəzən sənədlər o binada belə tapılmırdı. İndi demək olar ki, saniyələr ərzində istədiyiniz faylı tapmaq inanılmaz dərəcədə asandır. Bu proqram təminatı mükəmməl həll yoludur. Olduğunuz məkandan asılı olmayaraq, istənilən sənəd sizin üçün əlçatan olacaqdır.

Bundan əlavə, sizə bir məlumatı bir yerdən başqa yerə köçürməyə gərək qalmayacaq, çünki bütün platformalarda dəstəklənə biləcək dəqiq məlumatlara malik olacaqsınız.

Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə xidmətlərimiz

Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması yerli mühasibat uçotu standartları və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir.

  •  
  • Alınmış ilkin sənədlərin yoxlanılması və uçot sistemində əks olunması (Bunun üçün ən çox yayılmış mühasibatlıq proqram məhsulları - 1C:Mühasibat, Microsoft Navision, SAP və s. tətbiq olunur)
  •  
  • Yerli mühasibatlıq standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanması, eləcə də IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) və/və ya ABŞ GAAP-a (ABŞ Mühasibat uçotu üzrə ümumi qəbul edilmiş prinsiplərə) uyğun olaraq, mühasibat uçotu (hesabat) üzrə müxtəlif standartların tətbiqi ilə formalaşmış uçot (hesabat) məlumatlarının uzlaşmasının aparılması
  • Məcburi statistik hesabatların hazırlanması və verilməsi
  • Müəssisə üçün mühasibat uçotu siyasətinin işlənib hazırlanması və tətbiqi
  • Təxirə salınmış vergi hesablanması
  • Kontragentlərlə kommunikasiyalar və razılaşmalar, daxil olan ilkin sənədlərin toplanması
  • Daxili ilkin sənədlərin (ezamiyyətlərin, yol vərəqlərinin tərtibatı, MDM-in silinməsi və yerdəyişməsi və s.) rəsmiləşdirilməsi
  • Xəzinədarlıq xidmətləri (bank hesablarının inzibatlaşdırılması - bank ödəniş tapşırıqlarının və/və ya tələb olunan ödənişlərin həyata keçirilməsi üçün ərizələrin hazırlanması, həmçinin xidmət edən banklarla ünsiyyət)

Tələb olunan xidmətlərin siyahısı və əməkdaşlıq qaydası müştərinin tələbatından asılı olaraq müştəri ilə fərdi qaydada razılaşdırılır.

Əmək haqqı hesablanması və kadr inzibatçılığı üzrə xidmətlər

    • Mütəxəssislərimiz əmək haqqı, müvafiq vergi və rüsumların hesablanmasını hazırlaya və dövlət orqanlarına məcburi hesabatı təqdim edə bilərlər.

Əmək haqqının hesablanması xidmətləri aşağıdakıları əhatə edə bilər:

    • Ayda iki dəfə əmək haqqının hesablanmasının həyata keçirilməsi (avans və final ödənişi)
    • Əmək müqaviləsində və ya tətbiq edilən əməyin ödənilməsi sistemində nəzərdə tutulan digər haqların hesablanması (mükafatlar, artıq iş vaxtı, digər kompensasiya ödənişləri və s.)
    • Orta əmək haqqı hesablanması (məzuniyyət, xəstəxana və s.);
    • Əməkdaşların işdən çıxarılmasında yekun hesablaşmaların aparılması
    • Mülki-hüquqi müqavilələr üzrə işləyən fiziki şəxslərin mükafatlandırılması ilə vergi və haqların hesablanması
    • Fiziki şəxslərə əlavə nemətlərin hesablanması zamanı fiziki şəxslərin gəlirlərindən verginin hesablanması
    • Hesablaşma vərəqlərinin hazırlanması və onların işçilərə göndərilməsi
    • Əmək haqqı və vergilərin hesablanması ilə bağlı izahatların verilməsi
    • Dövlət orqanlarına məcburi hesabatın hazırlanması və verilməsi
    • İşçilərin əmək haqqının köçürülməsi üçün bank idarələrinin hazırlanması
    • Əmək haqqının hesablanması üçün lazım olan bütün sənədlərin toplanması
    • Əmək haqqı, vergilər və digər ödənişlər üzrə ətraflı hesabatların hazırlanması
    • Sifarişçinin uçot sisteminə sonrakı yükləmə üçün hesabatın hazırlanması
    • Vergi çekləri üçün sənədlərin hazırlanması

Tələb olunan xidmətlərin siyahısı və əməkdaşlıq qaydası müştərinin tələbatından asılı olaraq müştəri ilə fərdi qaydada razılaşdırılır.

Kadr inzibatçılığı üzrə xidmətlər:

    • Əmək müqavilələrinin, vəzifə təlimatlarının, əməyin ödənilməsi, mükafatlandırma və daxili intizam haqqında daxili əsasnamələrin işlənib hazırlanması və ya uyğunlaşdırılması
    • Əməkdaşların işə qəbulu və işdən çıxarılmasının rəsmiləşdirilməsi
    • Əməkdaşların məzuniyyətləri ilə bağlı kadr sənədlərinin rəsmiləşdirilməsi
    • Sifarişlərin/kadr sənədlərinin reyestrinin aparılması
    • İş vaxtının uçotu cədvəllərinin tərtibatı
    • Xəstəxana vərəqlərinin emalı, sosial sığorta Fondundan xəstəxananın maliyyələşdirilməsi üçün ərizələrin rəsmiləşdirilməsi
    • İş yerindən arayışların və/və ya işçilərin tələbi ilə gəlirlər haqqında arayışların hazırlanması
    • İşçilərin əmək kitabçalarının rəsmiləşdirilməsi
    • İşçilərin şəxsi işlərinin formalaşdırılması
    • Kadr kargüzarlığına dair digər sənədlərin rəsmiləşdirilməsi

Tələb olunan xidmətlərin siyahısı və əməkdaşlıq qaydası müştərinin tələbatından asılı olaraq müştəri ilə fərdi qaydada razılaşdırılır.

Vergi uçotunun aparılması və vergi bəyannamələrinin hazırlanması

    • Bu xidmətdə zəruri vergi sənədlərinin hazırlanması, həmçinin vergi hesabatlarının hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.

 

İşlərin ətraflı siyahısı aşağıda verilmişdir:

    • Vergi hesab-fakturalarının çıxarışı
    • Vergi qaimələrinin vaxtında təqdim edilməsi, habelə onların düzgün doldurulması məsələləri üzrə təchizatçılarla ünsiyyət
    • Vergi qaimə reyestrinin hazırlanması və onun gəlir və yığım nazirliyi orqanlarına verilməsi
    • ƏDV üzrə aylıq vergi bəyannamələrinin hazırlanması və verilməsi
    • Mənfəət vergisi bəyannaməsinin hazırlanması və verilməsi (variant kimi - sifarişçidən alınan uçot məlumatları/ilkin sənədlər əsasında)
    • Maliyyə uçotu məlumatlarına əsasən mənfəət vergisi bəyannaməsinə şifrələnmənin hazırlanması
    • Vergi amortizasiyasının hesablanması
    • Bəyannamələrin əsas göstəricilərinin, həmçinin potensial risklərin və onların minimallaşdırılması yollarının sifarişçi ilə müzakirəsi
    • Sifarişçinin əməkdaşları tərəfindən hazırlanmış bəyannamələrin düzgün doldurulmasının mütəmadi yoxlanılması
    • Digər vergilər üzrə bəyannamələrin hazırlanması və verilməsi;
    • Vergi orqanları ilə əvvəllər verilmiş bəyannamələrə aid məsələlər üzrə kommunikasiya
    • Mühasibat məlumatlarının vergi uçotu məlumatları ilə uyğunlaşdırılması, daimi və müvəqqəti fərqlərin müəyyən edilməsi
    • Vergi hesabatlarının vaxtında verilməsinə nəzarət edilməsi və büdcəyə müvafiq ödənişlərin edilməsi
  • Azərbaycanın vergi qanunvericiliyində dəyişikliklərin izlənməsi və sifarişçiyə onun təsərrüfat fəaliyyətinə əhəmiyyətli təsir göstərə biləcək dəyişikliklər barədə bildiriş

Tələb olunan xidmətlərin siyahısı və əməkdaşlıq qaydası müştərinin tələbatından asılı olaraq müştəri ilə fərdi qaydada razılaşdırılır.