Alternate Text

Avtomatlaşdırma.

Səhifəmizin əziz qonaqları!

Avtomatlaşdırma nədir? Məktəblidən tutmuş yaşlı nəslə qədər hər kəsə tanış olan bu anlayış, sadə dillə desək, insan müdaxiləsi olmadan müxtəlif növ cihaz və alqoritmlərdən istifadə etməklə prosesin təşkili və idarə edilməsidir. Bugün avtomatlaşdırma insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir. Bu sahələrdən biri də mühasibatlıqdır. Avtomatlaşdırma heç də "mühasibə son" kimi başa düşülməməli, daha çox inkişaf, təkamül kimi qəbul edilməlidir. Bugün bu texnologiya bizlərə nə üçün lazımdır, nələri vəd edir, həyatı necə asanlaşdıra bilər, maraqlıdırsa, oxumağa davam edin.