Alternate Text
Alternate Text

Konsaltinq

 

Konsaltinq işlərinin məqsədi - şirkətin bütün idarəetmə sisteminin, bir neçə və ya ayrıca bir funksional sahənin səmərəliliyinin artırılmasıdır.

İdarəetmə sistemi dedikdə, təşkilatda idarəetmə funksiyalarının həyata keçirilməsi xüsusiyyətlərini əks etdirən idarəetmə təsirlərinin məcmusu, yəni şirkətin məqsədlərinin hazırlanması, planlaşdırılması, fəaliyyətin koordinasiyası, işin təşkilinin mövcud üsulları, tətbiq olunan motivasion sxemlər və hərəkətlər, nəzarət üsulları və s. başa düşülür.

İdarəetmə sisteminin səmərəliliyinin artırılmasının əhəmiyyətli bir hissəsi qərar qəbul etmə alqoritmlərinin hazırlanması, bu işdə məsuliyyətin müşayiəti, bu və ya digər idarəetmə təsiri üzrə nəzarət nöqtələri və parametrlərin təyini üzərinə düşür.

Bu işdə bizə etibar edin ki, sizə ən əlverişli və ən sərfəli müşayiət variantını seçməkdə kömək edək.

Biznes proseslərinin avtomatlaşdırılmasında konsaltinq layihəsi nə üçün lazımdır?

Müəssisənin idarəetmə sistemini avtomatlaşdırmazdan əvvəl onun həm də aydın və nizamlı olmasına diqqət etmək lazımdır. Çünki təcrübə göstərir ki, biznes proseslərini avtomatlaşdırarkən bəzən mövcud qarışıqlıq da avtomatlaşdırılmış olur. Buna görə də ilk öncə biznes prosesləri öyrənilməli və düzgün formalaşdırılmalı, problemli yerlər aşkarlanmalı, daha sonra idarəetmə üzrə konsaltinq işləri yerinə yetirilməlidir. Biznes proseslərinin gələcək optimallaşdırılmış modelini işləyib hazırlamaq məqsədilə müştəri ilə razılaşdırılmalı, işə başlanmalıdır.

Konsaltinq layihələrinin həyata keçirilməsi üzrə təkliflərimiz

Xidmət müştəriyə mərhələli şəkildə təklif oluna bilər.

 

I Müəssisənin ekspres-diaqnostikası

      • 1. Müəssisənin "birincidərəcəli" şəxsləri ilə müsahibə
      • 2. Müəssisənin ümumi strategiyasının müəyyən edilməsi
      • 3. Müəssisənin maliyyə hesabatlarının öyrənilməsi
      • 4. Müəssisənin əsas biznes proseslərinin müəyyən edilməsi

 

II Sifarişçinin biznes proseslərinin təsviri "olduğu kimi"

    • 1. Biznes prosesində iştirak edən əməkdaşların intervyulaşdırılması
      • 2. İnformasiya axınlarının aşkarlanması
      • 3. Mövcud sənəd dövriyyəsinin təsviri
      • 4. Mövcud biznes prosesinin avtomatlaşdırılması imkanlarının təhlili
      • 5. Biznes prosesində problemli nöqtələrin müəyyən edilməsi, onların təsnifatı, nəticəsi prosesin "olduğu kimi" modelidir, problem siyahısı, mümkün avtomatlaşdırma üzrə xülasə, növbəti mərhələyə aid işlərin yerinə yetirilməsi üçün kommersiya təklifidir.

 

III Biznes proseslərinin optimallaşdırılması

    • 1. Problemlərin səbəblərinin təhlili
      • 2. Problemləri aradan qaldırmaq üçün təlimatların hazırlanması
      • 3. Vəzifə təlimatlarının hazırlanması
      • 4. Nəzarət reqlamentlərinin hazırlanması
      • 5.Daxili sənədlərin və hesabat formalarının hazırlanması

 

IV Biznes proseslərinin yeni modelinin tətbiqi

(Bu mərhələ avtomatlaşdırma ilə sıx bağlıdır və bəlkə də, artıq avtomatlaşdırma layihəsi olacaqdır)