Son zamanlar aqrar sahəyə dövlət tərəfindən böyük dəstək və aparılmış çoxsaylı aqrar islahatlar nəticəsində torpaq sahələri əkin dövriyyəsinə daha çox cəlb olunmuşdur. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması sahibkarlığın inkişafına səbəb olmuşdur.
Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlığa nisbətən daha çox inkişafdadır. Kənd təsərrüfatı məhsullarının 61%-i bitkiçiliyin, 39%-i isə heyvandarlığın payına düşür.
Ölkənin kənd təsərrüfatı üzrə tam ixtisaslaşmış sahələri - pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülükdür.
Kənd təsərrüfatında məhsuldarlığı, gəlirləri artırmaq, daha sürətli inkişafı təmin etmək məqsədilə bir sıra innovativ metodlardan istifadə olunmağa başlanmışdır.
Əkin sahələrinin idarə edilməsi üzrə zəruri kartoqrafik məlumatların operativ təhlili üçün torpaq sahələrinin xəritələşdirilməsi və eyni zamanda da, rəqəmsallaşdırılmasına ehtiyac yaranır, bu da müvafiq proqram təminatı tələb edir.
“U and R Company” şirkəti 1C proqram təminatı platformasında torpaq sahələri üzrə koordinatların relyef xəritəsi üzərindən müşahidəsi və nəzarəti işini daha əlçatan etmək məqsədilə bir çox imkanlar təklif edir.
URC-nin bu dəfə təklif etdiyi 1C proqram məhsulundan istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin uçot işini tam olaraq avtomatlaşdırmaq mümkündür. Prosesin avtomatlaşdırılması əkin sahələri üzrə məhsulların keyfiyyətinə nəzarəti gücləndirməyə, əsassız xərcləri aradan qaldırmağa, istehsal həcmini və əlbəttə ki, şirkətin ümumi mənfəətini artırmağa imkan verəcəkdir.
1C proqramı üzrə tətbiq olunan bu metodun üstünlükləri nələrdir :
Tətbiqin köməyi ilə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyətinizi sürətləndirə, aqrar sahə ilə bağlı həyata keçirdiyiniz bütün hesablama və ödəniş əməliyyatlarına nəzarəti asanlaşdıra bilərsiniz. Bəzən əmlak sahibinin əkin üçün satın almış olduğu bağ sahəsinin yerləşdiyi ərazi dövlət reyestrindən çıxarış sənədində göstərilmiş ərazi ilə üst-üstə düşmür. Məhz belə uyğunsuzluqları öncədən müəyyənləşdirib, lazımi tədbirlər görərək bu halların qarşısını almaq üçün bu proqram metodu çox əhəmiyyətlidir. Özündə peyk rejimi ilə görüntünü dəstəkləyən bu üsul ilə bənzər hallardan sığortalanmaq mümkündür.
Naviqator-xəritə üsulu ilə işləyən bu metod lazımi məlumatlara 1 kliklə keçidi təmin edir :