Alternate Text
Alternate Text

“URC” şirkəti “Bravo Supermarket” şəbəkəsi üçün Təchizatçı portalı sistemini tətbiq etdi

Alternate Text

Supplier Portal (Təchizatçılar üzrə portal)

“Bravo” artıq bu işdə professionallığına güvəndiyi “U and R Company” komandasını seçmiş, mütəmadi olaraq yenilənən Supplier Portal (Təchizatçılar üzrə portal) proqram təminatından hazırda yararlanmaqdadır.

Ümumiyyətlə, təchizatçılarla işləmək biznes üçün bahalı, vaxt aparan, yorucu və riskli işdir. Təchizatçı sayı çox olduqca təchizat zəncirinin idarəedilməsi üçün maliyyə departamenti heyətinin üzərinə - qeydiyyat, büdcə və mühasibat uçotunun tərtibindən tutmuş hesabat, texniki xidmət və normativ tələblərə uyğunlaşma məsələlərinə qədər böyük yük düşür. Təchizatçılarla əməkdaşlıq üçün elə bir intellektual portal qurulmalıdır ki, orada həm təchizatçılar əsas məlumatlarını saxlaya, gündəlik əməliyyatlarını icra edə bilsin, həm də birgə əməkdaşlıqdan maksimum fayda əldə edilsin.

Təklif olunan Supplier Portal (Təchizatçılar üzrə portal) proqram təminatı müəssisələrin fəaliyyət üsulunu daha səmərəli etməyə unikal imkanlar verir. Portal vasitəsilə hər bir təchizatçının özünəxidmət imkanı təmin edilir, yəni təchizatçılar öz məlumatlarını müstəqil şəkildə yeniləyə - öz hesab-fakturaları ilə bağlı bütün lazımi status yenilənmələrinə özləri daxil ola bilir, bununla bağlı müəssisəyə yük düşmür. Eyni zamanda, müəssisənin də bu məlumatları əvvəlki kimi nəzarətdə saxlama hüququ proqram təminatı vasitəsilə təmin olunur.

Bu, bütün tərəflər üçün iş yükünün minimuma endirilməsi ilə yanaşı, həm də məlumat dəqiqliyi və iş səmərəliliyi deməkdir.

Proqram təminatının texnoloji standart göstəricisi

Sistem istifadəçiləri və sistem məlumatlarının təhlükəsizliyinin təmini məqsədilə SQL Injection, Cross-site scripting, Cross-site Request Forgery və s. digər kənar müdaxilə üsullarına qarşı müvafiq tədbirlər görülür.
Proqram təminatı ilkin versiyada 400 nəfər istifadəçi üçün nəzərdə tutulur. Lakin bununla bağlı heç bir limitlənmə yoxdur. Ehtiyac olduğu təqdirdə, istifadəçi sayı artırıla bilər.
“Bravo” tərəfindən “U and R Company” komandasına həvalə edilən tapşırıq üzrə görülmüş işlər

Müəssisənin PO və anbara qəbul məlumatlarının E-qaimələrlə əlaqələndirilmə prosesi avtomatlaşdırıldı.
Dublikat ödənişlər aradan qaldırıldı.
Müəssisənin informasiya, analitik və idarəetmə fəaliyyətinin səmərəliliyi optimallaşdırıldı.
Təchizatçılar tərəfindən E-qaimələrin kütləvi olaraq portal vasitəsi ilə avtomatik göndərilməsi təmin edildi.
Müəssisənin E-qaimə hesabatını formalaşdırmaq üçün mövcud fəaliyyət göstəriciləri və iş prosesi modeli avtomatlaşdırıldı.

10.05.2022

Digər xəbərlər
Alternate Text
Elektron qaimə üçün vergilər sisteminə keçidə ehtiyac qalmadı
03.05.2022
Alternate Text
Əkinə yararlı torpaq sahələrinin idarəetmə sistemi artıq naviqator-xəritə vasitəsilə tənzimlənir
14.04.2022
Alternate Text
Əmlakın idarə olunmasına nəzarət 1 klik qədər asanlaşdı
13.04.2022
Alternate Text
HR monitorinq (İnsan resurslarını idarəetmə) paneli artıq mobil cihazınızda
20.12.2021