Alternate Text
Alternate Text

“U&R Company” tərəfindən yeni funksional xidmət

Alternate Text

Yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqi və yeni həllərin işlənib hazırlanması üzrə ixtisaslaşmış “U&R Company” tərəfindən işçi heyəti ilə funksional iş mühitinin formalaşdırılması üçün Şəxsi kabinet” portalı təqdim olunmuşdur.

Bu portal şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron şəkildə qarşılıqlı əlaqəsi məqsədilə yaradılmış bir xidmətdir.

Mövcud 1C ERP proqram təminatı ilə inteqrasiya edilmiş portal, şirkətin işçi heyətinin strukturlaşmış şəkildə rahat idarə olunması, eləcə də əməkdaşların sözügedən sistemdən özlərinə aid məlumatları, sənədləri artıq vaxt sərf olunmadan əldə etməsi üçün imkanlar yaradır. 

Portal vasitəsilə əməkdaşlar əmək haqqı üzrə gəlirlər və tutulmalara nəzər yetirə, qalmış məzuniyyət günlərinə nəzarət edə, işə davamiyyət və şəxsi məlumatlardakı dəyişiklik haqqında insan resursları şöbəsini xəbərdar edə, şirkət daxili vakaniyalar barədə dərhəl məlumat ala və digər xidmətlərdən yararlana bilərlər.

“Şəxsi kabinet”in üstünlükləri:

️ Şirkət daxilində proseslərin sadələşdirilməsi

️ İşçi heyəti üçün gərəkli funksiyaların bir platformada cəmlənməsi

️ Əməkdaşların əmək haqqı, məzuniyyət və s. məlumatlarla bağlı dəyişiklikləri tez və rahat əldə etməsi

️ İşçi heyəti tərəfindən gələn sorğuların qısa zamanda qəbulu və cavablandırılması

️ İşəgötürənin imicinin yüksəlməsi

️ İşəgötürən və işçi arasında şəffaf ünsiyyət

️ API vasitəsilə istənilən ERP sistemi ilə inteqrasiya

"U&R Company" tərəfindən təqdim edilən “Şəxsi kabinet” portalı müəssisənizin iş prosesini daha yüksək səviyyəyə çatdıracaq.

Sizə nə lazım olduğunu yaxşı bilirik və həllərimizi buna uyğun təqdim edirik!
 

23.08.2022

Digər xəbərlər
Alternate Text
Uğurla tamamladığımız layihələr sırasına daha biri əlavə olundu
26.08.2022
Alternate Text
Uğurla gerçəkləşdirilən daha bir əməkdaşlıq
26.08.2022
Alternate Text
TOPAZ “U&R Company”nin xidmətlərindən yararlanır
26.08.2022
Alternate Text
Kapital bank ilə 1C inteqrasiya
21.06.2022