Alternate Text

«Glorri MMC» ilə tərəfdaşlığa başlandı.

Alternate Text

“U&R Company” 2013- cü ildən bəri 70-dən artıq müəssisənin 100-dən çox layihəsini avtomatlaşdıraraq korporativ yeni həllər təklif edən şirkət kimi fəaliyyət göstərir. Şirkət ERP sistemləri, veb layihələr, İnsan Resurslarının idarəetməsi, korporativ təlimlər kimi bir çox sahədə müştərilərə dəstək verir.

 

“Glorri MMC” isə işəgötürmə proseslərini bir mərkəzdən idarə edən çevik və rahat platformadır. Bu platforma işə götürmə prosesinin hər bir mərhələsində müştərilərə dəstək və məsləhət verməklə ölkədəki ən qabaqcıl işə qəbul proseslərini avtomatlaşdıran platformadır.

 

İki şirkət arasındakı bu əməkdaşlıq müştərilərimizə daha geniş və keyfiyyətli xidmət təklif etməyə imkan verəcək. “U&R Company”-nin 1C ERP proqram təminatı sahəsindəki təcrübəsi və “Glorri MMC” şirkətinin işə qəbul sahəsindəki peşəkar yanaşması müştərilərə bu prosesi daha effektiv və uğurlu həll etməyə kömək edəcək.

 

Bu işbirliyinin həm “U&R Company”, həm də “Glorri MMC” üçün uğurlu strateji inkişafa dəstək olacağına inamımız böyükdür. Daha çox müştəriyə dəstək və həll təklif etmək üçün gücümüzü birləşdirdik!

 

Yeni əməkdaşlığımızın müştərilərimizə faydalı olmasını səbirsizliklə gözləyirik. Birlikdə daha da güclü olacağıq və müştərilərimizə sürətli, effektiv və innovativ həllər təqdim edəcəyik.

 

21.06.2023

Digər xəbərlər
Alternate Text

"Katech Azerbaijan" şirkətində ERP sisteminin tətbiqi ücün müqavilə imzalandı.

Məmnuniyyətlə yeni əməkdaşlığımız haqqında məlumatı sizinlə paylaşmaq istərdik.

Belə ki, “U&R Company” ilə Katech Azerbaijan şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən “1C ERP” proqram təminatında aşağıdakı modulların tətbiqi həyata keçiriləcək.

🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə

Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.

#URCompany#URC#ERP#1C#1CERP#HR#İR#Satınalma#PulVəsaitləri#Partnership#Əməkdaşlıq#Mühasibat#Vergi#Büdcə#Layihə ##Anbar#Satış#Tech#Katech#Technology#Texnologiya

 

Alternate Text

ÖLKƏNİN APARICI BANKLARI İLƏ ONLAYN İNTEQRASİYA

“U&R Company” olaraq təqdim etdiyimiz, onlayn inteqrasiya imkanından yararlanaraq 1C ERP proqram təminatı üzərindən aşağıdakı əməliyyatları həyata keçirmək mümkündür

✅ Təhlükəsiz və rahat üsulla ölkədaxili və beynəlxalq köçürmələrin həyata keçirilməsi
✅ Real zamanda bank qalıqları haqqında məlumatın alınması
✅ Bank çıxarışlarının avtomatik olaraq 1C proqramında əks olunması
✅ Ödəniş tapşrıqlarına istənilən təsdiq alqoritminin əlavə edilməsi
✅ Əmək haqqı və biznes kart sifarişlərinin edilməsi
✅ Biznesin sürətli və vaxt itirmədən bir mərkəzdən idarə edilməsi

Qeyd etmək istərdik ki, hal-hazırda bu inteqrasiya tam və ya qismən olmaqla ABB, Kapital Bank, PASHA Bank OJSC, və Xalq Bank müştəriləri üçün aktivdir. Əlavə olaraq gələcəkdə digər bankların da ERP proqram təminatı ilə inteqrasiya edilməsi planlaşdırılır.

Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.

yoUR Company

📍 Təbriz küçəsi 39K, Bakı, Azərbaycan
📞 +994 12 310 02 69

#URC#URCompany#UandRCompany#Bank#İnteqrasiya#Integration#1C#1CERP#ERP#ABB#PaşaBank#PashaBank#XalqBank#KapitaBank

 

Alternate Text

"Şəxsi Kabinet" layihəsi daim inkişaf etdirilir

ŞƏXSİ KABİNET NƏDİR? - Artıq harda olmağınızdan asılı olmayaraq şirkət daxilində və xaricində çalışan əməkdaşlarla əlaqə qurmaq çox rahatdır. Belə ki, U and R şirkəti tərəfindən yaradılan şəxsi kabinet portalı vasitəsilə şirkət əməkdaşlarınızın sorğularını şəxsin heç bir fiziki iştirakı olmadan, asanlıqla idarə edə bilərsiniz.

NƏ ÜÇÜN İSTİFADƏ EDİLİR? - "Şəxsi Kabinet" portalında mövcud olan sorğular bölməsindən, ezamiyyət və məzuniyyət kimi ən çox istifadə olunan sorğu növlərini seçməklə, uyğun tarix aralığını qeyd edərək hesablanmış məzuniyyət haqqı barəsində məlumat ala və sorğunuzu müvafiq təşkilati struktur üzrə təsdiqlənmə üçün göndərə bilərsiniz.

PORTALIN ƏSAS ÜSTÜNLÜKLƏRİ:
- Şirkət daxilində proseslərin sadələşdirilməsi
- Məsafədən çalışan əməkdaşlarla əlaqəli məsələlərin optimal həlli
- Funksional interfeys və istifadə rahatlığı - Sistemə veb-interfeysi vasitəsilə daxil olmaq mümkünlüyü, işçilərə öz şəxsi məlumatlarına istənilən vaxt, istənilən cihazdan və hər yerdən daxil olmaq imkanının yaranması
- Bir çox kadr proseslərini avtomatlaşdırmaq imkanı - məsələn, iş vaxtının qeydiyyatı, məzuniyyət ərizələrinin və digər sənədlərin təqdim edilməsi, əmək haqqının proqram təminatına inteqrasiya olunması və avtomatik əmrlərin yaradılması
- Əsas məlumat sisteminin iş yükündən asılılığının olmaması, həmçinin ona əlavə yük yaratmaması
- Bir işçinin ərizəsindən məlumatların əl ilə ötürülməsi zamanı edilə biləcək səhvlərin baş verməsi ehtimalının azalması
- İşçilərlə qarşılıqlı əlaqələrin sadələşməsi, münaqişəli vəziyyətlərin yaranma ehtimalının azalması, münasibətlərin şəffaflığının artması
- Təşkilatın əvvəllər kağız sənədlərin idarə edilməsinə (printer kartricləri, ofis ləvazimatları və s.) xərclədiyi pula qənaət etməsi
- İşəgötürən imicinin yüksəlməsi

NƏTİCƏ! - Şəxsi kabinet portalından istifadə etməklə şirkətinizin insan resursları işlərini asanlaşdıra və şirkətdaxili proseslərdə vaxtınıza qənaət edə bilərsiniz.

Artıq bütün əməkdaşlar sizə "Şəxsi Kabinet" qədər yaxındır.

yoUR Company

📍 Təbriz küçəsi 39K, Bakı, Azərbaycan
📞 +994 12 310 02 69