Alternate Text
Alternate Text

“URC”nin “ADY Ekspress” üçün yeni layihəsi

Alternate Text

Vaqonları müşahidə naviqatoru

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni struktur vahidi olan “ADY Ekspress” MMC Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımalarını həyata keçirir.  2021-ci ilin əvvəlindən bu günə qədər şirkət Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 1767 vaqonda 108 534 ton yük nəql edib ki, bu göstərici həmin yol istifadəyə veriləndən bəri ən yüksəkdir.

“ADY Ekspress” MMC-nin böyük həcmli iş yükünü sistemləşdirmək məqsədilə “U and R company” bu dəfə də özünün yeni layihəsini ərsəyə gətirmişdir. “ADY Ekspress” üçün hazırlanmış proqram təminatı nəticəsində şirkət Azərbaycan və MDB ölkələri ərazisində dəmir yolu ilə yük daşımaları üzrə vaqon təminatını həyata keçirmə, iş prosesini tənzimləmə imkanı əldə etdi. Vaqonları müşahidə naviqatoru funksiyasını icra edən proqram təminatından istifadə etməklə müxtəlif növ (çən, izotermik, qapalı, platforma və b.) vaqonların marşrut sxemini izləmək, vaqonların sayını, onlardan neçəsinin yüklü və ya boş olduğunu, çıxış nöqtəsi, çıxış tarixi və vaxtlarını, yük növünü, yükün həcmini, keçdikləri əraziləri, daxil olduqları stansiyaları müəyyən etmək mümkündür.

Proqram təminatına naviqator-xəritə də əlavə olunmuşdur. Lazımi vaqonun üzərinə klikləməklə xəritə üzərindən həmin vaqonun hansı ölkə ərazisindəki hansı stansiyada (tarix/vaxt/yük həcmi göstərilməklə) olduğu görüntülənir. Bundan əlavə, proqram təminatı vaqonların texniki göstəriciləri – yürüş məsafəsi, həmin göstərici üzrə qalıqlar, vaqonların saz və ya nasaz vəziyyəti, təmirə ehtiyac xəbərdarlığı barədə mütəmadi olaraq yenilənən məlumatları da özündə cəmləyir.         

Proqram təminatının müxtəlif platformalar üzərindən istifadəsi mümkündür.

14.12.2021

Digər xəbərlər
Alternate Text
Uğurla tamamladığımız layihələr sırasına daha biri əlavə olundu
26.08.2022
Alternate Text
Uğurla gerçəkləşdirilən daha bir əməkdaşlıq
26.08.2022
Alternate Text
TOPAZ “U&R Company”nin xidmətlərindən yararlanır
26.08.2022
Alternate Text
“U&R Company” tərəfindən yeni funksional xidmət
23.08.2022