Alternate Text

HR monitorinq paneli artıq mobil cihazınızda.

Alternate Text

İnsan resursları sahəsi 19-cu əsrdə Avropada formalaşmağa başlamış, sənaye inqilabı zamanı Robert Ouen (1771-1858) və Çarlz Babbicin (1791-1871) sadə ideyaları əsasında meydana gəlmişdir. Onlar bir təşkilatın uğuru işində insanların nə qədər həlledici rol oynadıqları qənaətinə gəlmişlər. Onların fikrincə, hər hansı bir təşkilat sağlam işçi qüvvəsi olmadan "ayaqda" dura bilməz.

İnsan resursları sahəsi xüsusi bir sahə kimi 20-ci əsrin əvvəllərində Frederik Uinslou Teylorun (1856-1915) təsiri ilə meydana çıxmışdır.

İnsan resurslarının idarə edilməsi - işəgötürənin strateji hədəflərə nail olması yolunda işçilərin əmək məhsuldarlığının artırılması məqsədini güdür. Bu sahə istənilən bir qurumun əsasını təşkil edir və elə bir həlledici sahə sayılır ki, onun təsiri ilə şirkət qurula da, məhv edilə də bilər.

Günümüzdə texnologiyanın inkişafı İnsan resursları sahəsinə də öz əhəmiyyətli təsirini göstərir. Texnologiyadan istifadə iş yerlərində məlumatı daha əlçatan edir, inzibati tapşırıqların həllinə ayrılmış vaxtı azaldır, şirkətlərə qlobal miqyasda fəaliyyət göstərməyə imkan verir və xərcləri azaldır. Proqramlar, xüsusilə də mobil cihazlarda dəstəklənən proqramlar müxtəlif sahələrdə bir çox əməliyyatları asanlaşdırır.

HR monitorinq proqram təminatının işlənib hazırlanması, üstəlik də mobil cihazlarda dəstəklənməsi, xüsusi əhəmiyyətə malikdir. Belə ki, masaüstü kompyuter və ya noutbuklar iş prosesinin ayrılmaz hissəsi olsa da, onlar daha çox maraq obyektinə çevrilmiş mobil cihazlarla müqayisədə geridə qalır.

Müasir dövrün insanı artıq öz smartfonu ilə bütün iş prosesini yaxından izləyə, onu idarə edə bilir. Mobil texnologiya, sözün həqiqi mənasında, həyatımızı öz təsiri altına alıb. Dünya əhalisinin 90%-dən çoxunun smartfonu var və bu cihazlar gün ərzində ən çox müraciət olunan cihazlardır.

Bu gün “U&R Company”nin təklif etdiyi yeni proqram təminatı insan resurslarına nəzarət işində rahatlıq, məhsuldarlıq, dəqiqlik, sürət imkanı yaradır. Təklif olunan, mobil cihazlar vasitəsilə istifadəsi mümkün olan bu proqram metodu HR ofisinə baş çəkmə, zəng etmə və ya e-poçt göndərmə məcburiyyətində qalmadan kadr heyəti üzrə məlumatları görməyə imkan verir. Bu, inanılmaz dərəcədə rahat, eyni zamanda, etiraf etmək lazımdır ki, alternativ HR metodlarından daha sürətli və daha dəqiqdir. Mobil cihazlarda dəstəklənə bilən xüsusi proqram təminatı istənilən məkandan istənilən zaman iş prosesinə, onun əsas daşıyıcı qüvvəsi olan kadr heyətinə daim nəzarəti təmin edir.

Sözü gedən HR Monitorinq idarəetmə paneli aşağıdakı məlumatları özündə cəmləyən kateqoriyalar üzrə qruplaşdırılıb: aylar üzrə işçi sayı (işə qəbul/işdən azad olunmalar), dövriyyə (əvvəlki dövrdə işdən azad olan işçilərin sayı və yaxud faizi), təhsil, keçirilmiş təlimlər, gross və net əmək haqqı, kompensasiya, yaş bölgüsü, qadın və kişi bölgüsü üzrə departmentdə say göstəricisi, dərəcə artımı, davamiyyət (işçi siyahısından istənilən bir işçi üzərinə klikləməklə ona aid fotonu əyani surətdə görmə, onun vəzifəsi, yer aldığı şöbə, işə qəbul tarixi, gündəlik olaraq işə gəlmə və getmə saatları, artıq işlənmiş saatlar (overtime), gecikmələr, xəstəlik və işdə iştirak etməmə halları, ezamiyyət, məzuniyyət günlərinin sayı və digər məlumatlara göz atma imkanı) və b.

Proqram təminatında məlumatlar həm siyahı, həm də diaqramlar şəklində görüntülənməkdədir. İdarəetmə panelinin üst hissəsindən lazımi tarixi “+” və “-” işarələrindən istifadə etməklə dəyişmək, “Yenilə” düyməsi ilə insan resursları departamenti üzrə yenilənən bütün məlumatları görmək, eyni zamanda, istəyə uyğun olaraq panel görüntüsünü və ya ordakı məlumatları tənzimləmək mümkündür.

20.12.2021

Digər xəbərlər
Alternate Text

"Katech Azerbaijan" şirkətində ERP sisteminin tətbiqi ücün müqavilə imzalandı.

Məmnuniyyətlə yeni əməkdaşlığımız haqqında məlumatı sizinlə paylaşmaq istərdik.

Belə ki, “U&R Company” ilə Katech Azerbaijan şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən “1C ERP” proqram təminatında aşağıdakı modulların tətbiqi həyata keçiriləcək.

🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə

Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.

#URCompany#URC#ERP#1C#1CERP#HR#İR#Satınalma#PulVəsaitləri#Partnership#Əməkdaşlıq#Mühasibat#Vergi#Büdcə#Layihə ##Anbar#Satış#Tech#Katech#Technology#Texnologiya

 

Alternate Text

ÖLKƏNİN APARICI BANKLARI İLƏ ONLAYN İNTEQRASİYA

“U&R Company” olaraq təqdim etdiyimiz, onlayn inteqrasiya imkanından yararlanaraq 1C ERP proqram təminatı üzərindən aşağıdakı əməliyyatları həyata keçirmək mümkündür

✅ Təhlükəsiz və rahat üsulla ölkədaxili və beynəlxalq köçürmələrin həyata keçirilməsi
✅ Real zamanda bank qalıqları haqqında məlumatın alınması
✅ Bank çıxarışlarının avtomatik olaraq 1C proqramında əks olunması
✅ Ödəniş tapşrıqlarına istənilən təsdiq alqoritminin əlavə edilməsi
✅ Əmək haqqı və biznes kart sifarişlərinin edilməsi
✅ Biznesin sürətli və vaxt itirmədən bir mərkəzdən idarə edilməsi

Qeyd etmək istərdik ki, hal-hazırda bu inteqrasiya tam və ya qismən olmaqla ABB, Kapital Bank, PASHA Bank OJSC, və Xalq Bank müştəriləri üçün aktivdir. Əlavə olaraq gələcəkdə digər bankların da ERP proqram təminatı ilə inteqrasiya edilməsi planlaşdırılır.

Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.

yoUR Company

📍 Təbriz küçəsi 39K, Bakı, Azərbaycan
📞 +994 12 310 02 69

#URC#URCompany#UandRCompany#Bank#İnteqrasiya#Integration#1C#1CERP#ERP#ABB#PaşaBank#PashaBank#XalqBank#KapitaBank

 

Alternate Text

"Şəxsi Kabinet" layihəsi daim inkişaf etdirilir

ŞƏXSİ KABİNET NƏDİR? - Artıq harda olmağınızdan asılı olmayaraq şirkət daxilində və xaricində çalışan əməkdaşlarla əlaqə qurmaq çox rahatdır. Belə ki, U and R şirkəti tərəfindən yaradılan şəxsi kabinet portalı vasitəsilə şirkət əməkdaşlarınızın sorğularını şəxsin heç bir fiziki iştirakı olmadan, asanlıqla idarə edə bilərsiniz.

NƏ ÜÇÜN İSTİFADƏ EDİLİR? - "Şəxsi Kabinet" portalında mövcud olan sorğular bölməsindən, ezamiyyət və məzuniyyət kimi ən çox istifadə olunan sorğu növlərini seçməklə, uyğun tarix aralığını qeyd edərək hesablanmış məzuniyyət haqqı barəsində məlumat ala və sorğunuzu müvafiq təşkilati struktur üzrə təsdiqlənmə üçün göndərə bilərsiniz.

PORTALIN ƏSAS ÜSTÜNLÜKLƏRİ:
- Şirkət daxilində proseslərin sadələşdirilməsi
- Məsafədən çalışan əməkdaşlarla əlaqəli məsələlərin optimal həlli
- Funksional interfeys və istifadə rahatlığı - Sistemə veb-interfeysi vasitəsilə daxil olmaq mümkünlüyü, işçilərə öz şəxsi məlumatlarına istənilən vaxt, istənilən cihazdan və hər yerdən daxil olmaq imkanının yaranması
- Bir çox kadr proseslərini avtomatlaşdırmaq imkanı - məsələn, iş vaxtının qeydiyyatı, məzuniyyət ərizələrinin və digər sənədlərin təqdim edilməsi, əmək haqqının proqram təminatına inteqrasiya olunması və avtomatik əmrlərin yaradılması
- Əsas məlumat sisteminin iş yükündən asılılığının olmaması, həmçinin ona əlavə yük yaratmaması
- Bir işçinin ərizəsindən məlumatların əl ilə ötürülməsi zamanı edilə biləcək səhvlərin baş verməsi ehtimalının azalması
- İşçilərlə qarşılıqlı əlaqələrin sadələşməsi, münaqişəli vəziyyətlərin yaranma ehtimalının azalması, münasibətlərin şəffaflığının artması
- Təşkilatın əvvəllər kağız sənədlərin idarə edilməsinə (printer kartricləri, ofis ləvazimatları və s.) xərclədiyi pula qənaət etməsi
- İşəgötürən imicinin yüksəlməsi

NƏTİCƏ! - Şəxsi kabinet portalından istifadə etməklə şirkətinizin insan resursları işlərini asanlaşdıra və şirkətdaxili proseslərdə vaxtınıza qənaət edə bilərsiniz.

Artıq bütün əməkdaşlar sizə "Şəxsi Kabinet" qədər yaxındır.

yoUR Company

📍 Təbriz küçəsi 39K, Bakı, Azərbaycan
📞 +994 12 310 02 69