
"U&R Company" MMC 1C proqram məhsulları əsasında idarəetmə və uçotun avtomatlaşdırılması ilə məşğul olur
Şirkətimiz "1C" firmasının rəsmi Françayzisidir, həmçinin "1C:Enterprise 8" platformasında öz proqram məhsullarının hazırlanması ilə məşğul olur. Şirkətimizdə "1C" firması tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər çalışır və onlar daim öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Onlar sizin müəssisədə idarəetmənin və uçotun avtomatlaşdırılması üzrə məsələləri keyfiyyətlə və operativ həll etməyə kömək edəcəklər. Şirkətimiz öz işində keyfiyyət standartlarının, idarəetmədə layihə metodlarının, fəaliyyətimizin təşkilində prosesli yanaşmanın bilik və gündəlik tətbiqinə əsaslanır.
Tarix
"U&R Company" - yerli müəssisələrin təsərrüfat fəaliyyətində uçotun və yeni həllərin işlənib hazırlanması üçün maliyyəçilər və inkişafçılar qrupu tərəfindən yaradılmış birgə müəssisədir.
Biz əməkdaşlığımızı elə qururuq ki, bu da tərəfdaşların müştəri məsələlərinin həllində yaxından iştirakını nəzərdə tutur. Biz bütün hərəkətləri müştəri ilə sıx qarşılıqlı əlaqədə müzakirə edirik və ətraflı planlaşdırırıq. Biz müştərinin tələbatını anlayır və bazar vəziyyətinin dəyişməsinə operativ reaksiya veririk.
"U&R Company" Azərbaycanın, demək olar ki, bütün fəaliyyət növləri və mülkiyyət formaları üzrə müəssisə və təşkilatlara xidmət göstərən təcrübəli mütəxəssislər şirkətidir. Biz maliyyə-təsərrüfat fəaliyyətinin kompleks avtomatlaşdırılması, sahə həllərinin tətbiqi, "1C" firmasının iqtisadi PP istifadəçilərinin müşayiəti və dəstəklənməsi, həmçinin "1C:Müəssisə 8"platformalarında istifadəçilərin və developerlərin fərdi və qrup şəklində təlimi sahəsində zəngin təcrübəyə malikik.
"U&R Company" İT bazarda işin bütün məsuliyyətini dərk edərək daim öz peşəkarlıq səviyyəsini artırır, daha yüksək xidmət keyfiyyətinə çalışır, maksimum səmərəli iş üsulları təklif edir.