Yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqi və yeni həllərin işlənib hazırlanması üzrə ixtisaslaşmış “U&R Company” tərəfindən işçi heyəti ilə funksional iş mühitinin formalaşdırılması üçün “Şəxsi kabinet” portalı təqdim olunmuşdur.
Bu portal şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron şəkildə qarşılıqlı əlaqəsi məqsədilə yaradılmış bir xidmətdir.
Mövcud 1C ERP proqram təminatı ilə inteqrasiya edilmiş portal, şirkətin işçi heyətinin strukturlaşmış şəkildə rahat idarə olunması, eləcə də əməkdaşların sözügedən sistemdən özlərinə aid məlumatları, sənədləri artıq vaxt sərf olunmadan əldə etməsi üçün imkanlar yaradır.
Portal vasitəsilə əməkdaşlar əmək haqqı üzrə gəlirlər və tutulmalara nəzər yetirə, qalmış məzuniyyət günlərinə nəzarət edə, işə davamiyyət və şəxsi məlumatlardakı dəyişiklik haqqında insan resursları şöbəsini xəbərdar edə, şirkət daxili vakaniyalar barədə dərhəl məlumat ala və digər xidmətlərdən yararlana bilərlər.
“Şəxsi kabinet”in üstünlükləri:
✅️ Şirkət daxilində proseslərin sadələşdirilməsi
✅️ İşçi heyəti üçün gərəkli funksiyaların bir platformada cəmlənməsi
✅️ Əməkdaşların əmək haqqı, məzuniyyət və s. məlumatlarla bağlı dəyişiklikləri tez və rahat əldə etməsi
✅️ İşçi heyəti tərəfindən gələn sorğuların qısa zamanda qəbulu və cavablandırılması
✅️ İşəgötürənin imicinin yüksəlməsi
✅️ İşəgötürən və işçi arasında şəffaf ünsiyyət
✅️ API vasitəsilə istənilən ERP sistemi ilə inteqrasiya
"U&R Company" tərəfindən təqdim edilən “Şəxsi kabinet” portalı müəssisənizin iş prosesini daha yüksək səviyyəyə çatdıracaq.
Sizə nə lazım olduğunu yaxşı bilirik və həllərimizi buna uyğun təqdim edirik!
“U and R Company” Rəsmi Startap Statusunu Qazandı!
“U and R Company” innovasiya və inkişaf yolunda daha bir mühüm addım ataraq rəsmi startap statusunu əldə edib.
Bu “Startap Şəhadətnaməsi” yalnız bir sənəd deyil, həm də şirkətin texnoloji yeniliklər və rəqəmsal həllər sahəsindəki uğurlarının təsdiqidir.
Yeni statusla “U and R Company” daha böyük hədəflərə doğru irəliləməyə və biznes ekosistemində innovativ həllər təqdim etməyə davam edəcək.
"Şəxsi Kabinet" Onlayn Platforması "Startap Şəhadətnaməsi"nə Layiq Görüldü
Yerli bizneslər üçün innovativ həllər təqdim edən “U and R Company” tərəfindən hazırlanmış “Şəxsi Kabinet” onlayn platforması “Startap Şəhadətnaməsi”ni uğurla əldə edib.
Bu platforma şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron qarşılıqlı əlaqəsini təmin edən bir xidmət olaraq, iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına töhfə verir. ERP proqram təminatı ilə inteqrasiya olunmuş sistem, şirkətlərin işçi heyətini strukturlaşdırılmış şəkildə idarə etməsinə və əməkdaşların lazımsız kağız sərfiyyatı olmadan öz məlumatlarına və sənədlərinə rahat çıxış əldə etməsinə imkan yaradır.
"Startap Şəhadətnaməsi”nin əldə edilməsi, platformanın innovativ həllər və rəqəmsal transformasiya sahəsində uğurlu addım atdığını təsdiqləyir.
“U and R Company” 1C Seminarında Son Yeniliklərlə Tanış Oldu
📅 1-2 mart tarixlərində keçirilən 1C tərəfdaş seminarında “U and R Company” nümayəndələri iştirak edərək 1C ekosistemindəki son yeniliklər və innovativ həllərlə tanış olublar. Tədbir çərçivəsində təqdim edilən əsas yeniliklər bunlardır:
🔹 1C Platformasında Yeni Funksiyalar – Süni intellekt və optimallaşdırmalar sayəsində daha sürətli və effektiv həllər mümkün olacaq.
🔹 Bulud Texnologiyalarının İnkişafı – 1C bulud həllərinin genişlənməsi məlumat təhlükəsizliyi və uzaqdan idarəetmə imkanlarını artırır.
🔹 İnteqrasiya və Avtomatlaşdırma – Mühasibatlıq və ERP sistemləri üçün yeni API-lər və avtomatlaşdırılmış hesabat modulları təqdim olunub.
🔹 Françayzinq Şəbəkəsinin Genişləndirilməsi – Tərəfdaş şirkətlər üçün maliyyə dəstəyi və yeni əməkdaşlıq modelləri elan edilib.
“U and R Company” üçün bu seminar yeni texnoloji həlləri öyrənmək, 1C icması ilə əlaqələri gücləndirmək və müştərilərə daha innovativ xidmətlər təqdim etmək baxımından önəmli bir addım oldu.