İnformasiya texnologiyaları və biznes proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan "U and R Company" komandası illər ərzində icra etdiyi irimiqyaslı ERP layihələrinə əsaslanaraq mühüm bir məqama diqqət çəkir: sistemin hazırda problemsiz görünməsi onun arxitekturasının düzgün qurulmasına hər zaman zəmanət vermir.
İlk baxışdan mənzərə tam qaydasında ola bilər:
Sənəd dövriyyəsi fasiləsiz icra olunur;
Hesabatlar vaxtında nəticə verir;
İnteqrasiyalar məlumatı ötürür;
İstifadəçilər gündəlik əməliyyatlarını həyata keçirirlər.
Lakin şirkətin ekspertləri bildirirlər ki, sistemin əsl keyfiyyəti və dayanıqlılığı biznesdə dəyişiklik zərurəti yarandıqda üzə çıxır.
Biznesin yeni bir tələbini sistemə daxil etmək istədikdə məlum olur ki, sadəcə bir xananı dəyişmək üçün bir-biri ilə əlaqəli bir neçə mexanizmə toxunmaq lazımdır. Zəncirvari asılılıqların kökünə endikdə isə çox vaxt məlum olur ki, səbəb vaxtilə bir neçə saata qənaət etmək üçün verilmiş tələsik texniki qərardır. Həmin qərar bu gün ən kiçik dəyişiklik üçün şirkətdən günlərlə əlavə resurs və zəhmət tələb edir.
URC mühəndislərinin ERP layihələrindən çıxardığı əsas nəticə budur: Yaxşı həll yalnız bu gün işləyən həll deyil. Sabah biznes prosesi dəyişəndə sistemin buna necə uyğunlaşacağı da arxitekturanın ayrılmaz tərkib hissəsidir.
Məhz buna görə URC komandası yeni bir sifariş aldıqda ilk olaraq "Bunu necə kodlaşdıraq?" deyil, "Bunu ümumiyyətlə proqramlaşdırmaq lazımdırmı?" sualı üzərində dayanır:
Bəzən ən optimal çıxış yolu yeni kod olur;
Bəzən mövcud funksionallığın düzgün konfiqurasiyası kifayət edir;
Bəzən biznes prosesində kiçik dəyişiklik problemi həll edir;
Bəzən isə sistemə heç bir texniki müdaxilə etməmək ən yaxşı seçim olur.
Ekspertlərə görə, peşəkarlığın gətirdiyi əsas üstünlük daha çox həll yaza bilmək deyil, lazımsız və gələcəkdə risk daşıyan texniki həlləri vaxtında görərək sistemin çevikliyini qorumaqdır.
URC böyüyən komandasına yeni istedadlar cəlb edir
Biznes proseslərinin avtomatlaşdırılması və İT həlləri sahəsində fəaliyyət göstərən "U and R Company" dinamik komandasını genişləndirməyə davam edir. Şirkət texnologiya sahəsində karyera qurmaq istəyən gənc, enerjili və öyrənməyə həvəsli yeni mütəxəssislər üçün iş imkanları təqdim edir.
Hazırda şirkətdə aşağıdakı vakansiyalar üzrə qəbul aktivdir:
Modullar üzrə kiçik mütəxəssis
İT üzrə kiçik mütəxəssis
Namizədlərə təqdim olunan üstünlüklər:
Peşəkar və dəstəkləyici komanda mühitində iş təcrübəsi;
Real biznes layihələrində praktiki bilik və bacarıqlar qazanmaq imkanı;
Davamlı mentorluq və sürətli karyera inkişafı perspektivi.
Texnologiya və ERP həlləri sahəsində uğurlu başlanğıc etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
“U&R Company” və “Group Motors” arasında “1C:ERP” layihəsinə start verildi
Biznes proseslərinin rəqəmsallaşdırılması və miqyaslanması istiqamətində daha bir mühüm tərəfdaşlığa imza atıldı.
“U&R Company” ölkənin aparıcı şirkətlərindən biri olan “Group Motors” ilə yeni layihə çərçivəsində əməkdaşlığa başladığını elan edir. Layihənin əsas məqsədi şirkətin bütün biznes və əməliyyat proseslərini vahid, müasir platformada birləşdirəcək “1C:ERP” proqram təminatının tətbiqidir.
Layihə çərçivəsində aşağıdakı modulların tətbiqi nəzərdə tutulur:
Satınalma və anbar uçotu
Pul vəsaitlərinin idarə edilməsi
Əsas vəsaitlərin idarə olunması
Mühasibat əməliyyatlarının idarə olunması
Vergi uçotu
Satış əməliyyatlarının idarə olunması
İR idarə olunması və əməkhaqqının hesablanması
Rəhbərlik paneli və idarəetmə hesabatlılığı
Büdcə planlaması və nəzarət
Sistemin tam tətbiqi “Group Motors” şirkətinin əməliyyat səmərəliliyinin artırılmasına, resurslara mərkəzləşdirilmiş nəzarətin təmin olunmasına və strateji qərarların operativ qəbul edilməsinə birbaşa dəstək göstərəcəkdir.
“U&R Company” komandası olaraq göstərdikləri etimada görə “Group Motors” rəhbərliyinə təşəkkür edir, layihənin hər iki tərəf üçün məhsuldar və uğurlu olmasını arzulayırıq.
U&R Company uyğunsuzluq məktublarının qarşısını almaq üçün ağıllı yoxlama sistemini təqdim edir
Vergi bəyannamələrinin hazırlanması zamanı məlumatların düzgünlüyü və hesabatlararası uyğunluq maliyyə idarəçiliyində mühüm rol oynayır. Uyğunsuzluqların vaxtında aşkar edilməməsi isə əlavə yoxlamalara, vaxt itkisinə və düzəliş proseslərinin uzanmasına səbəb ola bilər.
yoUR Company tərəfindən təqdim olunan ağıllı yoxlama sistemi bəyannamə göndərilməzdən əvvəl müvafiq məlumatları avtomatik şəkildə üzləşdirərək mümkün uyğunsuzluqları əvvəlcədən müəyyən etməyə imkan verir.
Sistem aşağıdakı məlumatları yoxlayır:
Əgər hesablanmış məbləğlərdə uyğunsuzluq və ya əvvəlki dövrlə müqayisədə fərqlər yaranarsa, sistem bu məlumatları kontragentlər üzrə sətirbəsətir ekranda əks etdirir. Bu yanaşma istifadəçilərə səhvləri daha tez müəyyən etməyə və yoxlama prosesini daha effektiv idarə etməyə kömək edir.
Bununla yanaşı, sistemdə yer alan xüsusi “Tövsiyə” bölməsi diqqəti birbaşa yoxlanılmalı sənədlərə yönəldir və istifadəçiyə növbəti addımlar üzrə düzgün istiqamət göstərir.
Bu həll maliyyə və mühasibatlıq proseslərində şəffaflığı artırmaq, hesabatların hazırlanmasını optimallaşdırmaq və uyğunsuzluqların qarşısını almaq üçün effektiv dəstək mexanizmi təqdim edir.
yoUR Company ilə gələcəyin maliyyə idarəçiliyinə keçid edin.