“U&R Company” şirkəti 1C proqram təminatı platformasında şirkətin ümumi işini daha da asanlaşdırmaq, idarəetmə və əməliyyat uçotu üzrə işi tam avtomatlaşdırmaq və biznesə nəzarəti daha əlçatan etmək üçün bir çox imkanlar təmin edir.
Ümumiyyətlə, 1C proqramının üstünlükləri sırasında aşağıdakılar sadalana bilər:
Daşınmaz əmlakın idarə olunmasının avtomatlaşdırılması daşınmaz əmlak sahibləri, idarəetmə, investisiya və tikinti şirkətləri və s. üçün çox mühüm məsələdir. Bu vacib məqamları nəzərə alaraq URC 1C platformasında daşınmaz əmlakın idarə olunmasının avtomatlaşdırılması xidmətini təklif edir.
Bu tətbiqin köməyi ilə ofis üçün nəzərdə tutulmuş obyektlərdən tutmuş, mənzil, torpaq sahələri, villa, bağ evləri, anbarlar, dayanacaqlar və s.-ə qədər istənilən növ daşınmaz əmlakın icarəsi və satışı ilə bağlı biznes proseslərini optimallaşdırmaq və sürətləndirmək mümkün olacaq, eləcə də bütün hesablama və ödəniş əməliyyatlarına nəzarət daha da asanlaşacaqdır.
Bu metod naviqator-xəritə üzərindən 1 kliklə lazımi məlumatlara keçidi təmin edir. Xəritədə sizə aid daşınmaz əmlak növünün müxtəlif regionlar üzrə:
Əmlakın idarə olunmasını avtomatlaşdırmaqla nə əldə etmiş olacaqsınız:
Uğurla tamamladığımız layihələr sırasına daha biri əlavə olundu
“U&R Company” daha bir uğurlu əməkdaşlığa imza atmışdır. Peşəkarlıq, davamlı təkmilləşmə və keyfiyyət dəyərlərinə əsaslanan “ADY Express” ilə həyata keçirilən layihə müvəffəqiyyətlə tamamlanmışdır.
1C sistemi üzərindən tətbiq edilmiş modullar:
✅️ Anbar və satınalmaların idarə edilməsi
✅️ Əsas vəsaitlərin idarə olunması
✅️ İstehsal
✅️ Satış əməliyyatları
✅️ Pul vəsaitləri əməliyyatları
✅️ Büdcə və nəzarət
✅️ Maliyyə və mühasibatlıq
✅️ Kadrlar və əmək haqqı hesablanması
✅️ Vergi əməliyyatları və www.e-taxes.gov saytı ilə inteqrasiya
✅️ Vaqon və yükdaşıma
✅️ Elektron sənəd dövriyyəsi
✅️ Mobil tətbiq
Qeyd edək ki, nəqliyyat və logistika sahəsində liderlərdən olan “ADY Express” ilə əməkdaşlıq ötən ilin əvvəllərində başlamış və sadalanan modulların tətbiqi prosesi bu ilin avqust ayında artıq dəstək mərhələsinə keçmişdir.
Uğurla gerçəkləşdirilən daha bir əməkdaşlıq
“U&R Company”nin xidmətlərini uğurla təqdim etdiyi növbəti şirkət “MP Group” oldu.
“MP Group” şirkəti üçün “U&R Company” tərəfindən həyata keçirilmiş xidmətlər:
✅️ “1C: ERP” sisteminin tətbiqi
✅️ Daşınmaz əmlakın idarə edilməsi prosesinin avtomatlaşdırılması
✅️ Maliyyə və mühasibatlıq üzrə dəstəyin göstərilməsi
✅️ İnsan resurslarının idarə olunması ilə bağlı dəstəyin göstərilməsi
✅️ Texniki dəstəyin göstərilməsi
✅️ Yeni istəklərin icra edilməsi
Hazırda dəstək mərhələsində olan əməkdaşlıq ötən ilin sonlarında başlanılmış və sadalanan xidmətlərin həyata keçirilməsi prosesi bu ilin may ayında yekunlaşmışdır.
TOPAZ “U&R Company”nin xidmətlərindən yararlanır
Yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqi və yeni həllərin işlənib hazırlanması sahəsində ixtisaslaşmış “U&R Company”nin əməkdaşlıq etdiyi növbəti şirkət “TOPAZ” ticarət nişanı ilə tanınan “Caspiantech” QSC-dir.
“U&R Company” tərəfindən ölkənin ilk qanuni idman mərc oyunu operatoru olan “TOPAZ”a təqdim edilmiş xidmətlər:
✅️ “1C” proqram təminatında sənədlərin işlənməsi funksiyasının izahı
✅️ Maliyyə və mühasibatlıq üzrə dəstəyin göstərilməsi
✅️ İnsan resurslarının idarə olunması ilə bağlı dəstəyin göstərilməsi
✅️ Texniki dəstəyin göstərilməsi
✅️ Yeni istəklərin icra edilməsi
Qeyd edək ki, “U&R Company” və “TOPAZ” arasında əməkdaşlıq ötən ilin yanvar ayında başlanılmış və sadalanan xidmətlərin həyata keçirilməsi prosesi cari ilin iyul ayının sonlarında yekunlaşaraq, dəstək mərhələsinə keçmişdir.
“Caspiantech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500-ə yaxın eksklüziv satış agenti var.