no img
Alternate Text

Əkinə yararlı torpaq sahələrinin idarəetmə sistemi artıq naviqator-xəritə vasitəsilə tənzimlənir.

Alternate Text

Son zamanlar aqrar sahəyə dövlət tərəfindən böyük dəstək və aparılmış çoxsaylı aqrar islahatlar nəticəsində torpaq sahələri əkin dövriyyəsinə daha çox cəlb olunmuşdur. Əkinə yararlı torpaq sahələrinin geniş yayılması sahibkarlığın inkişafına səbəb olmuşdur.

Azərbaycanın kənd təsərrüfatında bitkiçilik heyvandarlığa nisbətən daha çox inkişafdadır. Kənd təsərrüfatı məhsullarının 61%-i bitkiçiliyin, 39%-i isə heyvandarlığın payına düşür.

Ölkənin kənd təsərrüfatı üzrə tam ixtisaslaşmış sahələri - pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülükdür. 

Kənd təsərrüfatında məhsuldarlığı, gəlirləri artırmaq, daha sürətli inkişafı təmin etmək məqsədilə bir sıra innovativ metodlardan istifadə olunmağa başlanmışdır. 

Əkin sahələrinin idarə edilməsi üzrə zəruri kartoqrafik məlumatların operativ təhlili üçün torpaq sahələrinin xəritələşdirilməsi və eyni zamanda da, rəqəmsallaşdırılmasına ehtiyac yaranır, bu da müvafiq proqram təminatı tələb edir. 

“U and R Company” şirkəti 1C proqram təminatı platformasında torpaq sahələri üzrə koordinatların relyef xəritəsi üzərindən müşahidəsi və nəzarəti işini daha əlçatan etmək məqsədilə bir çox imkanlar təklif edir.

URC-nin bu dəfə təklif etdiyi 1C proqram məhsulundan istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin uçot işini tam olaraq avtomatlaşdırmaq mümkündür. Prosesin avtomatlaşdırılması əkin sahələri üzrə məhsulların keyfiyyətinə nəzarəti gücləndirməyə, əsassız xərcləri aradan qaldırmağa, istehsal həcmini və əlbəttə ki, şirkətin ümumi mənfəətini artırmağa imkan verəcəkdir. 

1C proqramı üzrə tətbiq olunan bu metodun üstünlükləri nələrdir :

  • torpaq sahəsinin idarə olunması və ona nəzarət;
  • məlumatlara sürətli keçid;
  • məhsul bazasına daimi nəzarət;
  • vaxt rejimini səmərəli tənzimləmə;
  • ümumi işin icrasının təhlili və qiymətləndirilməsi;
  • biznesin cari vəziyyətinin doğru analiz olunması.      

Tətbiqin köməyi ilə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyətinizi sürətləndirə, aqrar sahə ilə bağlı həyata keçirdiyiniz bütün hesablama və ödəniş əməliyyatlarına nəzarəti asanlaşdıra bilərsiniz. Bəzən əmlak sahibinin əkin üçün satın almış olduğu bağ sahəsinin yerləşdiyi ərazi dövlət reyestrindən çıxarış sənədində göstərilmiş ərazi ilə üst-üstə düşmür. Məhz belə uyğunsuzluqları öncədən müəyyənləşdirib, lazımi tədbirlər görərək bu halların qarşısını almaq üçün bu proqram metodu çox əhəmiyyətlidir. Özündə peyk rejimi ilə görüntünü dəstəkləyən bu üsul ilə bənzər hallardan sığortalanmaq mümkündür.

Naviqator-xəritə üsulu ilə işləyən bu metod lazımi məlumatlara 1 kliklə keçidi təmin edir :

  • torpaq sahəsinin yerləşdiyi ərazi;
  • ümumi sahəsi;
  • suvarma sisteminin olub-olmaması;
  • ağac sahəsi üzrə göstərici;   
  • bazar dəyəri;
  • gəlirlilik, məhsuldarlıq əmsalı;
  • dövlət reyestrində qeydiyyata alınmış sənədlər üzrə məlumat;
  • aparılmış əməliyyatlar üzrə istənilən sənədin çap versiyasını asanlıqla əldə edə bilmə fürsəti. 

 

 

14.04.2022

Digər xəbərlər
Alternate Text

Bir sistemin işləməsi onun düzgün qurulduğu anlamına gəlirmi? — URC mütəxəssislərindən təhlil

İnformasiya texnologiyaları və biznes proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan "U and R Company" komandası illər ərzində icra etdiyi irimiqyaslı ERP layihələrinə əsaslanaraq mühüm bir məqama diqqət çəkir: sistemin hazırda problemsiz görünməsi onun arxitekturasının düzgün qurulmasına hər zaman zəmanət vermir.

İlk baxışdan mənzərə tam qaydasında ola bilər:

  • Sənəd dövriyyəsi fasiləsiz icra olunur;

  • Hesabatlar vaxtında nəticə verir;

  • İnteqrasiyalar məlumatı ötürür;

  • İstifadəçilər gündəlik əməliyyatlarını həyata keçirirlər.

Lakin şirkətin ekspertləri bildirirlər ki, sistemin əsl keyfiyyəti və dayanıqlılığı biznesdə dəyişiklik zərurəti yarandıqda üzə çıxır.

Biznesin yeni bir tələbini sistemə daxil etmək istədikdə məlum olur ki, sadəcə bir xananı dəyişmək üçün bir-biri ilə əlaqəli bir neçə mexanizmə toxunmaq lazımdır. Zəncirvari asılılıqların kökünə endikdə isə çox vaxt məlum olur ki, səbəb vaxtilə bir neçə saata qənaət etmək üçün verilmiş tələsik texniki qərardır. Həmin qərar bu gün ən kiçik dəyişiklik üçün şirkətdən günlərlə əlavə resurs və zəhmət tələb edir.

URC mühəndislərinin ERP layihələrindən çıxardığı əsas nəticə budur: Yaxşı həll yalnız bu gün işləyən həll deyil. Sabah biznes prosesi dəyişəndə sistemin buna necə uyğunlaşacağı da arxitekturanın ayrılmaz tərkib hissəsidir.

Məhz buna görə URC komandası yeni bir sifariş aldıqda ilk olaraq "Bunu necə kodlaşdıraq?" deyil, "Bunu ümumiyyətlə proqramlaşdırmaq lazımdırmı?" sualı üzərində dayanır:

  • Bəzən ən optimal çıxış yolu yeni kod olur;

  • Bəzən mövcud funksionallığın düzgün konfiqurasiyası kifayət edir;

  • Bəzən biznes prosesində kiçik dəyişiklik problemi həll edir;

  • Bəzən isə sistemə heç bir texniki müdaxilə etməmək ən yaxşı seçim olur.

Ekspertlərə görə, peşəkarlığın gətirdiyi əsas üstünlük daha çox həll yaza bilmək deyil, lazımsız və gələcəkdə risk daşıyan texniki həlləri vaxtında görərək sistemin çevikliyini qorumaqdır.

Alternate Text

“U&R Company” və “Group Motors” arasında “1C:ERP” layihəsinə start verildi

Biznes proseslərinin rəqəmsallaşdırılması və miqyaslanması istiqamətində daha bir mühüm tərəfdaşlığa imza atıldı.

“U&R Company” ölkənin aparıcı şirkətlərindən biri olan “Group Motors” ilə yeni layihə çərçivəsində əməkdaşlığa başladığını elan edir. Layihənin əsas məqsədi şirkətin bütün biznes və əməliyyat proseslərini vahid, müasir platformada birləşdirəcək “1C:ERP” proqram təminatının tətbiqidir.

Layihə çərçivəsində aşağıdakı modulların tətbiqi nəzərdə tutulur:

  • Satınalma və anbar uçotu

  • Pul vəsaitlərinin idarə edilməsi

  • Əsas vəsaitlərin idarə olunması

  • Mühasibat əməliyyatlarının idarə olunması

  • Vergi uçotu

  • Satış əməliyyatlarının idarə olunması

  • İR idarə olunması və əməkhaqqının hesablanması

  • Rəhbərlik paneli və idarəetmə hesabatlılığı

  • Büdcə planlaması və nəzarət

Sistemin tam tətbiqi “Group Motors” şirkətinin əməliyyat səmərəliliyinin artırılmasına, resurslara mərkəzləşdirilmiş nəzarətin təmin olunmasına və strateji qərarların operativ qəbul edilməsinə birbaşa dəstək göstərəcəkdir.

“U&R Company” komandası olaraq göstərdikləri etimada görə “Group Motors” rəhbərliyinə təşəkkür edir, layihənin hər iki tərəf üçün məhsuldar və uğurlu olmasını arzulayırıq.

Alternate Text

U&R Company uyğunsuzluq məktublarının qarşısını almaq üçün ağıllı yoxlama sistemini təqdim edir

Vergi bəyannamələrinin hazırlanması zamanı məlumatların düzgünlüyü və hesabatlararası uyğunluq maliyyə idarəçiliyində mühüm rol oynayır. Uyğunsuzluqların vaxtında aşkar edilməməsi isə əlavə yoxlamalara, vaxt itkisinə və düzəliş proseslərinin uzanmasına səbəb ola bilər.

yoUR Company tərəfindən təqdim olunan ağıllı yoxlama sistemi bəyannamə göndərilməzdən əvvəl müvafiq məlumatları avtomatik şəkildə üzləşdirərək mümkün uyğunsuzluqları əvvəlcədən müəyyən etməyə imkan verir.

Sistem aşağıdakı məlumatları yoxlayır:

  • ƏDV depozit hesabına daxil olmuş məbləğlər
  • Əvvəlcədən alınmış ödənişlər
  • Göndərilmiş e-qaimələr
  • Debitor borclar üzrə məlumatlar

Əgər hesablanmış məbləğlərdə uyğunsuzluq və ya əvvəlki dövrlə müqayisədə fərqlər yaranarsa, sistem bu məlumatları kontragentlər üzrə sətirbəsətir ekranda əks etdirir. Bu yanaşma istifadəçilərə səhvləri daha tez müəyyən etməyə və yoxlama prosesini daha effektiv idarə etməyə kömək edir.

Bununla yanaşı, sistemdə yer alan xüsusi “Tövsiyə” bölməsi diqqəti birbaşa yoxlanılmalı sənədlərə yönəldir və istifadəçiyə növbəti addımlar üzrə düzgün istiqamət göstərir.

Bu həll maliyyə və mühasibatlıq proseslərində şəffaflığı artırmaq, hesabatların hazırlanmasını optimallaşdırmaq və uyğunsuzluqların qarşısını almaq üçün effektiv dəstək mexanizmi təqdim edir.

yoUR Company ilə gələcəyin maliyyə idarəçiliyinə keçid edin.