Rəqəmsallaşma dövründə artıq ənənəvi hesab-faktura əməliyyatları da texnologiyanın yeniliklərindən kənarda qalmamış, proses elektronlaşmışdır.
Belə ki, AR Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən mal, iş və xidmətlər ilə əlaqədar sizə göndərilmiş elektron qaimələri artıq İnternet Vergi İdarəsi portalına daxil olmadan birbaşa, sadəcə bir proqram məhsulundan istifadə etməklə bazanıza yükləyə, uçotunu apara bilərsiniz.
Bu imkanı sizə “U and R Company” şirkəti tətbiq etdiyi ERP sistemi vasitəsilə təmin edir.
Elektron-qaimə sənədlərinin ERP sistemində avtomatik yüklənməsinin sizə konkret olaraq nə kimi əhəmiyyəti olacaqdır:
e-qaimə uçotu, öhdəlik sənədləri ilə məbləğ uzlaşmaları aparılacaq;
iş prosesində yarana biləcək mexaniki səhvlər öncədən aradan qaldırılacaq;
təkrar ödənişlərin qarşısı alınacaq;
vaxta qənaət;
sənəd arxivinə sürətli çıxış;
bir kliklə elektron qaimənin detallarına baxış və çap etmə imkanı təmin ediləcəkdir.
Bu üsulun tətbiqi elektron qaimələrin sistemə avtomatik yüklənməsi və uçotunun aparılması, ƏDV bəyannamələrinin hazırlanaraq göndərilməsi və e-qaimələrin əvəzləşdirilməsi işində son dərəcə əhəmiyyətli olacaqdır.
Daha bir layihə uğurla tamamlandı.
“U&R Company” və “Cyberpoint” şirkətləri “ERP” layihəsini uğurla bitirib, dəstək mərhələsinə keçib. Layihənin meneceri Günel Qəribova, layihənin texniki əməkdaşı isə Ramin Hacaievdir. Layihənin dəstək mərhələsi aşağıda qeyd olunan modulların tətbiqi prosesi ilə davam edəcək.
Tətbiq olunan standart modullar:
🔸Anbar və satınalma
🔸Satış
🔸Əsas vəsait
🔸Pul vəsaitləri
🔸Maliyyə
🔸Vergi
🔸İnsan resursları
Layihə çərçivəsində tətbiq olunan əlavə yeniliklər:
✅ Anbar uçotunun ştrix-kodla aparılması, yəni anbara mədaxil-məxaric, yerdəyişmə kimi əməliyyatlar materialların ştrix-kodlarını oxumaqla həyata keçirilir
✅ Smeta sənədi əsasında satışların formalaşması
✅ Forma-2 aktının hazırlanması
✅ Əmək haqqının layihələrə görə allokasiyası
✅ Fingerprint inteqrasiya
“1C” proqram təminatında borc bildirişləri E- mail, WhatsApp və SMS vasitəsilə göndərilir.
Sürətli iş prosesini ləngitməmək və yaranacaq bir sıra problemlərin qarşısını öncədən almaq üçün tərəfdaşınız olan şirkət və ya təşkilatlara borcları haqqında bildiriş göndərərək məlumat və xatırlatma verə bilərsiniz. Bu, borclara daha daha rahat nəzarət etmək imkanı yaradır. Eyni zamanda, proses vaxt itkisinin qarşısını almaqla yanaşı, lazımsız kargüzarlıq işlərindən də xilas edir. “1 C” proqram təminatı ilə bildirişlərin göndərilməsi üç yolla mümkündür.
E-mail, WhatsApp və SMS.
E-mail vasitəsilə bildirişlərin göndərilməsində heç bir ödəniş tələb olunmadığı üçün əksər şirkətlər və təşkilatlar daha çox bu üsuldan istifadə edir.
WhatsApp vasitəsilə bildirişlərin göndərilməsinin bizneslər üçün əsas üstünlükləri:
Ani çatdırılma: Bu zaman bildirişlər dərhal alıcının telefonuna çatdırılır və sifariş yeniləmələri və ya görüş xatırlatmaları üçün effektiv olur.
Daha çox açılma və cavab dərəcələri: “WhatsApp” mesajları digər ünsiyyət formaları ilə müqayisədə yüksək açılma dərəcəsi və cavab nisbətinə malik olduğundan geridönüşlər daha çoxdur.
İki tərəfli ünsiyyət: Proses ünsiyyətə imkan verdiyi üçün müəssisələr öz müştərilərindən və ya işçilərindən cavab ala bilərlər. Bu, şirkətlərə kommunikasiya strategiyalarını və müştəri təcrübəsini təkmilləşdirməyə kömək edir.
SMS vasitəsilə bildirişlərin göndərilməsinin üstünlükləri aşağıdakı kimidir:
Ekonomik: Proses telefon zəngləri və ya çap materialları kimi ənənəvi ünsiyyət üsullarından daha sərfəlidir.
Effektiv: SMS mesajları 1C proqram təminatından istifadə edilməklə tez və asan göndərilə bilər. Bu isə biznesdə vaxt və səylərə qənaət etməyə imkan verir. Müştərilər və ya işçilərlə tez və effektiv ünsiyyət qurmalı olan bizneslər üçün bu xüsusilə faydalıdır.
Fərdiləşdirmə: Proses fərdiləşdirilə və alıcının adını və ya digər məlumatları ehtiva edir. Bu, şirkətlərə müştəriləri üçün daha fərdiləşdirilmiş və cəlbedici təcrübələr yaratmağa kömək edə bilər.
Avtomatlaşdırma: 1C proqram təminatı SMS mesajlarının göndərilməsi prosesini avtomatlaşdırmaq üçün də istifadə edilə bilər. Bu, görüş xatırlatmaları və ya marketinq mesajları kimi özünü əks etdirir.
Artan məşğulluq: Bu proses müəssisələrə yeni müştərilərin və ya işçilərin cəlb edilməsini də artıra bilər.
“1C” proqram təminatı vasitəsilə FİN nömrə ilə işəqəbul prosesi.
Şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatlarının avtomatik əldə olunması zaman amilinin və iş prosesinin produktivliyindən xəbər verir.
Şirkətimiz tərəfindən təqdim olunan “1C ERP” proqram təminatı giriş- çıxışı çox olan iri ticarət mərkəzlərində də uğurla istifadə edilə bilər.