Alternate Text

TOPAZ “U&R Company”nin xidmətlərindən yararlanır

Alternate Text

Yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqi və yeni həllərin işlənib hazırlanması sahəsində ixtisaslaşmış “U&R Company”nin əməkdaşlıq etdiyi növbəti şirkət “TOPAZ” ticarət nişanı ilə tanınan “Caspiantech” QSC-dir.

“U&R Company” tərəfindən ölkənin ilk qanuni idman mərc oyunu operatoru olan “TOPAZ”a təqdim edilmiş xidmətlər:

️ “1C” proqram təminatında sənədlərin işlənməsi funksiyasının izahı

️ Maliyyə və mühasibatlıq üzrə dəstəyin göstərilməsi

️ İnsan resurslarının idarə olunması ilə bağlı dəstəyin göstərilməsi

️ Texniki dəstəyin göstərilməsi

️ Yeni istəklərin icra edilməsi

Qeyd edək ki, “U&R Company” və “TOPAZ” arasında əməkdaşlıq ötən ilin yanvar ayında başlanılmış və sadalanan xidmətlərin həyata keçirilməsi prosesi cari ilin iyul ayının sonlarında yekunlaşaraq, dəstək mərhələsinə keçmişdir.

“Caspiantech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Hazırda bütün Azərbaycan üzrə “TOPAZ”-ın təxminən 500-ə yaxın eksklüziv satış agenti var.

26.08.2022

Digər xəbərlər
Alternate Text

Uğurla tamamladığımız layihələr sırasına daha biri əlavə olundu

“U&R Company” daha bir uğurlu əməkdaşlığa imza atmışdır. Peşəkarlıq, davamlı təkmilləşmə və keyfiyyət dəyərlərinə əsaslanan “ADY Express” ilə həyata keçirilən layihə müvəffəqiyyətlə tamamlanmışdır.

1C sistemi üzərindən tətbiq edilmiş modullar:

️ Anbar və satınalmaların idarə edilməsi

️ Əsas vəsaitlərin idarə olunması

️ İstehsal

️ Satış əməliyyatları

️ Pul vəsaitləri əməliyyatları

️ Büdcə və nəzarət

️ Maliyyə və mühasibatlıq

️ Kadrlar və əmək haqqı hesablanması

️ Vergi əməliyyatları və www.e-taxes.gov saytı ilə inteqrasiya

️ Vaqon və yükdaşıma

️ Elektron sənəd dövriyyəsi

️ Mobil tətbiq

Qeyd edək ki, nəqliyyat və logistika sahəsində liderlərdən olan “ADY Express” ilə əməkdaşlıq ötən ilin əvvəllərində başlamış və sadalanan modulların tətbiqi prosesi bu ilin avqust ayında artıq dəstək mərhələsinə keçmişdir.

Alternate Text

Uğurla gerçəkləşdirilən daha bir əməkdaşlıq

“U&R Company”nin xidmətlərini uğurla təqdim etdiyi növbəti şirkət “MP Group” oldu. 

“MP Group” şirkəti üçün “U&R Company” tərəfindən həyata keçirilmiş xidmətlər: 

️ “1C: ERP” sisteminin tətbiqi

️ Daşınmaz əmlakın idarə edilməsi prosesinin avtomatlaşdırılması

️ Maliyyə və mühasibatlıq üzrə dəstəyin göstərilməsi

️ İnsan resurslarının idarə olunması ilə bağlı dəstəyin göstərilməsi

️ Texniki dəstəyin göstərilməsi

️ Yeni istəklərin icra edilməsi

Hazırda dəstək mərhələsində olan əməkdaşlıq ötən ilin sonlarında başlanılmış və sadalanan xidmətlərin həyata keçirilməsi prosesi bu ilin may ayında yekunlaşmışdır.

Alternate Text

“U&R Company” tərəfindən yeni funksional xidmət

Yerli müəssisələrin təsərrüfat fəaliyyətində mühasibat uçotunun tətbiqi və yeni həllərin işlənib hazırlanması üzrə ixtisaslaşmış “U&R Company” tərəfindən işçi heyəti ilə funksional iş mühitinin formalaşdırılması üçün Şəxsi kabinet” portalı təqdim olunmuşdur.

Bu portal şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron şəkildə qarşılıqlı əlaqəsi məqsədilə yaradılmış bir xidmətdir.

Mövcud 1C ERP proqram təminatı ilə inteqrasiya edilmiş portal, şirkətin işçi heyətinin strukturlaşmış şəkildə rahat idarə olunması, eləcə də əməkdaşların sözügedən sistemdən özlərinə aid məlumatları, sənədləri artıq vaxt sərf olunmadan əldə etməsi üçün imkanlar yaradır. 

Portal vasitəsilə əməkdaşlar əmək haqqı üzrə gəlirlər və tutulmalara nəzər yetirə, qalmış məzuniyyət günlərinə nəzarət edə, işə davamiyyət və şəxsi məlumatlardakı dəyişiklik haqqında insan resursları şöbəsini xəbərdar edə, şirkət daxili vakaniyalar barədə dərhəl məlumat ala və digər xidmətlərdən yararlana bilərlər.

“Şəxsi kabinet”in üstünlükləri:

️ Şirkət daxilində proseslərin sadələşdirilməsi

️ İşçi heyəti üçün gərəkli funksiyaların bir platformada cəmlənməsi

️ Əməkdaşların əmək haqqı, məzuniyyət və s. məlumatlarla bağlı dəyişiklikləri tez və rahat əldə etməsi

️ İşçi heyəti tərəfindən gələn sorğuların qısa zamanda qəbulu və cavablandırılması

️ İşəgötürənin imicinin yüksəlməsi

️ İşəgötürən və işçi arasında şəffaf ünsiyyət

️ API vasitəsilə istənilən ERP sistemi ilə inteqrasiya

"U&R Company" tərəfindən təqdim edilən “Şəxsi kabinet” portalı müəssisənizin iş prosesini daha yüksək səviyyəyə çatdıracaq.

Sizə nə lazım olduğunu yaxşı bilirik və həllərimizi buna uyğun təqdim edirik!