Alternate Text

“Taghiyev Operating Company” MMC ilə birgə layihə gerçəkləşdirildi.

Alternate Text

“U&R Company” neft- qaz sahəsində fəaliyyət göstərən “Taghiyev Operating Company” MMC ilə uğurlu layihə həyata keçirdi. Layihə çərçivəsində “1C” proqram təminatı üzərindən “İnsan resursları və əmək haqqının hesablanması” modulu tətbiq edildi. 

Həyata keçirilmiş xidmətlər aşağıdakılardan ibarətdir:

✅️Strukturun qurulması;

✅️İşçi məlumatlarının sistemə daxil edilməsi;

✅️Müxtəlif növ sənədlərin hazırlanması;

✅️İş vaxtının uçotu;

✅️Əmək haqqı üzrə məlumatların sistemdə işlənməsi;

✅️Müxtəlif xarakterli hesabatların təqdim edilməsi;

Mart ayında başlayan layihə qısa zamanda tamamlanaraq dəstək mərhələsinə keçirildi.

20.09.2022

Digər xəbərlər
Alternate Text

"U and R Company" mənzil idarəçiliyi və ödənişlər üçün müasir platformanı - "UR Home"-u təqdim etdi!

“U&R Company” olaraq, məmnunniyyət hissi ilə bildirmək istərdik ki, yaşayış binalarının daha rahat idarə olunması və mənzillərin xidmət haqlarının sürətli ödənilməsi üzrə ən müasir onlayn platformanı - "UR Home"-u  təqdim edirik.

Bu layihə, binanı və ya kompleksi idarə edən heyət və mənzil sahibləri arasında əlaqəni sadələşdirərək, əməliyyatları daha asan və sürətli edir.

UR Home-un təqdim etdiyi əsas funksiyalar:

• Elektron sənəd dövriyyəsi ilə sürətli və təhlükəsiz əlaqə.
• Onlayn ödənişlərin rahatlıqla həyata keçirilməsi.
• Bildiriş sistemi (SMS, e-mail) ilə məlumatlılığın təmin edilməsi.
• Minik vasitələrinin idarə edilməsi və statuslarının izlənməsi.
• Ödənişlərə nəzarət və icra etmə

UR Home - Sizin ehtiyaclarınıza uyğun idarəetmə!

Bizi izlədiyiniz üçün təşəkkür edirik! 🙌

Alternate Text

"U&R Company" və McDonald’s" şirkəti 2023-cü ilin fevral ayından başlanan ERP layihəsini uğurla tamamlamış və aşağıda qeyd olunan modulların tətbiqi prosesi dəstək mərhələsinə keçmişdir.

 

 

Tətbiq olunan standart modullar:

🔸 Anbar və satınalma əməliyyatları
🔸 Satış əməliyyatları
🔸 Pul vəsaitləri əməliyyatları
🔸 Büdcə
🔸 Vergi əməliyyatları
🔸 İnsan resurslarının idarə olunması və əmək haqqı hesablanması
🔸 Rəhbərlik monitoru və hesabatları
🔸 Maliyyə və mühasibatlıq
🔸 Əsas vəsaitlərin idarə olunması
🔸 Mobil tətbiq
🔸 Elektron təsdiqetmə

Layihə çərçivəsində tətbiq olunan əlavə yenilik:

✅ McDonald’s-ın qlobal Mystore sistemi ilə inteqrasiyası

Alternate Text

"U&R Company" MMC-də daha 2 tələbə təcrübə proqramını müvəffəqiyyətlə tamamlamışdır.

ADNSU SABAH qrupu, Kompüter mühəndisliyi ixtisasi üzrə 4-cü kurs tələbəsi Əhmədova Aysel Kamran qızı və İnformasiya Texnologiyaları ixtisası üzrə 4-cü kurs tələbəsi Məmmədova Zeynəb Ramiz qızı 19 fevral 2024-cü il - 24 may 2024-cü il tarixlərində “U and R Company” MMC-də 1C proqram təminatının tətbiqi üzrə təcrübə proqramını uğurla tamamlayıblar. Tələbələr təcrübə müddətində proqram təminatı bilikləri ilə yanaşı iş mühitinə adaptasiya olma, tapşırıqların icra olunması və komanda ilə işləmə kimi bir sıra bacarıqlara da yiyələniblər.

Təcrübə proqramının sonunda tələbələr sertifikatla təltif olunublar. 

Həmçinin, qeyd etmək istərdik ki, Məhəmmədova Zeynəb Ramiz qızı URC şirkətində proqramlaşdırma üzrə kiçik mütəxəssis vəzifəsində fəaliyyətə başlamışdır.

Təcrübəçilərə növbəti uğurlar arzulayırıq!