Alternate Text

"URC Company"-dən işlərinizi asanlaşdıracaq yeni vasitə- “İnternet banking” texnologiyası.

Alternate Text

“U&R Company” tərəfindən tətbiq edilən “1C ERP” proqram təminatında, ölkənin qabaqcıl banklarından biri olan “PASHA Bank”-la onlayn inteqrasiya imkanı yaradılıb. Artıq bu sistemdən digər partnyorumuz olan “Avromed” şirkətində də istifadə edilməyə başlayıb.

“1C” proqramı ilə inteqrasiyanın yaratdığı üstünlüklər aşağıdakı kimidir:

- Real zamanda bank qalıqları haqqında məlumatın alınması;

- Təhlükəsiz və rahat üsulla ölkədaxili və beynəlxalq köçürmələrin həyata keçirilməsi;

- Bank çıxarışlarının avtomatik olaraq “1C” proqramında əks olunması;

- Ödəniş tapşırıqlarına istənilən təsdiq alqoritminin əlavə edilməsi;

- Biznesin sürətli və vaxt itirmədən bir mərkəzdən idarə edilməsi;

- Ödəniş tapşırıqlarının sistem üzərindən hazırlanıb toplu şəkildə “internet bankinq”ə inteqrasiyası;

- Həm ölkə daxili, həm də xarici köçürmələrin sistem üzərindən “internet bankinq”ə daxil olmadan edilməsi;

- Vaxta qənaət, “manual” əməliyyatların avtomatlaşdırılması.

28.02.2023

Digər xəbərlər
Alternate Text

"U and R Company" mənzil idarəçiliyi və ödənişlər üçün müasir platformanı - "UR Home"-u təqdim etdi!

“U&R Company” olaraq, məmnunniyyət hissi ilə bildirmək istərdik ki, yaşayış binalarının daha rahat idarə olunması və mənzillərin xidmət haqlarının sürətli ödənilməsi üzrə ən müasir onlayn platformanı - "UR Home"-u  təqdim edirik.

Bu layihə, binanı və ya kompleksi idarə edən heyət və mənzil sahibləri arasında əlaqəni sadələşdirərək, əməliyyatları daha asan və sürətli edir.

UR Home-un təqdim etdiyi əsas funksiyalar:

• Elektron sənəd dövriyyəsi ilə sürətli və təhlükəsiz əlaqə.
• Onlayn ödənişlərin rahatlıqla həyata keçirilməsi.
• Bildiriş sistemi (SMS, e-mail) ilə məlumatlılığın təmin edilməsi.
• Minik vasitələrinin idarə edilməsi və statuslarının izlənməsi.
• Ödənişlərə nəzarət və icra etmə

UR Home - Sizin ehtiyaclarınıza uyğun idarəetmə!

Bizi izlədiyiniz üçün təşəkkür edirik! 🙌

Alternate Text

"U&R Company" və McDonald’s" şirkəti 2023-cü ilin fevral ayından başlanan ERP layihəsini uğurla tamamlamış və aşağıda qeyd olunan modulların tətbiqi prosesi dəstək mərhələsinə keçmişdir.

 

 

Tətbiq olunan standart modullar:

🔸 Anbar və satınalma əməliyyatları
🔸 Satış əməliyyatları
🔸 Pul vəsaitləri əməliyyatları
🔸 Büdcə
🔸 Vergi əməliyyatları
🔸 İnsan resurslarının idarə olunması və əmək haqqı hesablanması
🔸 Rəhbərlik monitoru və hesabatları
🔸 Maliyyə və mühasibatlıq
🔸 Əsas vəsaitlərin idarə olunması
🔸 Mobil tətbiq
🔸 Elektron təsdiqetmə

Layihə çərçivəsində tətbiq olunan əlavə yenilik:

✅ McDonald’s-ın qlobal Mystore sistemi ilə inteqrasiyası

Alternate Text

"U&R Company" MMC-də daha 2 tələbə təcrübə proqramını müvəffəqiyyətlə tamamlamışdır.

ADNSU SABAH qrupu, Kompüter mühəndisliyi ixtisasi üzrə 4-cü kurs tələbəsi Əhmədova Aysel Kamran qızı və İnformasiya Texnologiyaları ixtisası üzrə 4-cü kurs tələbəsi Məmmədova Zeynəb Ramiz qızı 19 fevral 2024-cü il - 24 may 2024-cü il tarixlərində “U and R Company” MMC-də 1C proqram təminatının tətbiqi üzrə təcrübə proqramını uğurla tamamlayıblar. Tələbələr təcrübə müddətində proqram təminatı bilikləri ilə yanaşı iş mühitinə adaptasiya olma, tapşırıqların icra olunması və komanda ilə işləmə kimi bir sıra bacarıqlara da yiyələniblər.

Təcrübə proqramının sonunda tələbələr sertifikatla təltif olunublar. 

Həmçinin, qeyd etmək istərdik ki, Məhəmmədova Zeynəb Ramiz qızı URC şirkətində proqramlaşdırma üzrə kiçik mütəxəssis vəzifəsində fəaliyyətə başlamışdır.

Təcrübəçilərə növbəti uğurlar arzulayırıq!