Daşınmaz əmlak sektorunun aparıcı şirkətlərindən olan "Facility Management Group"- "FMG" ilə əməkdaşlıq müqaviləmiz yeniləndi. Müqaviləyə görə, daşınmaz əmlakın icarəsi ilə əlaqəli biznes prosesinin, təsdiqlərin, nəzarətin və hesabatların avtomatlaşdırılması, sistemdə mövcud olan digər modullarla əlaqələndirilməsi üçün aşağıdakı imkanlar yaradılıb:
- Əmlak profili (burada əks olunur: əmlakın adı, ünvanı, sahəsi, obyekt sayı və sahəsi, vəziyyəti, icarə vəziyyəti, xidmətlər, şəkillər, mülkiyyətçi adı, əlavə qeydlər);
- Qiymət cədvəli (burada əks olunur - minimum qiymət, qüvvədə olma müddəti);
- İcarə prosesi;
- Əmlak kitabçası;
- Əmlakın yaradılması;
- Əmlak məlumatlarının dəyişdirilməsi;
- Obyektlərin yaradılması;
- Obyekt qiymətlərinin qeydə alınması;
- Hesabatlar.
Bu layihənin icrasında əsas məqsəd əmlakın icarə prosesində əməliyyat, təsdiq və hesabatlılıqda avtomatlaşmanı təmin etməkdən, nəzarəti, funksiyaları əlavə etməkdən və hazır hesabatlar əldə etməkdən ibarət olub.
"LLS Service" şirkətində ERP sisteminin tətbiqi ücün müqavilə imzalandı.
"URC" şirkəti və "LLS Service" şirkəti arasında yeni əməkdaşlıq haqqında müqavilə imzalandı. Belə ki, imzalanan yeni müqaviləyə əsasən “1C ERP” proqram təminatında aşağıdakı modulların tətbiqi həyata keçiriləcək.
🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə
Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.
“APF Group” "1C ERP" proqram təminatına keçdi.
"U&R Company" ilə "APF Group” şirkəti arasında olan bu işbirliyi çərçivəsində “1C ERP”proqram təminatı ilə həyata keçiriləcək modullar aşağıdakılardan ibarət olacaq:
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə
Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.
"Azericard"la olan ERP layihəsi uğurla tamamlandı.
“U&R Company” 2021-ci ildən «Azericard» şirkəti ilə birgə başladığı ERP layihəsini uğurla tamamladı. Sözügedən layihənin meneceri Sənan Cəbrayılov, texniki əməkdaşı isə Mətanət Bayramovadır. Layihə zamanı tətbiq olunan standart modulları sizə təqdim edirik:
🔸Maliyyə və mühasibatlıq
🔸Vergi
🔸Pul vəsaitləri
🔸Büdcə
🔸Əsas Vəsaitlər
🔸Administrasiya
🔸Satış
🔸HR & Payroll
Layihə çərçivəsində tətbiq olunan əlavə yeniliklər isə bunlardır:
✅ Aktiv istifadə olunan OWS sistemindən müştərilər üzrə dövriyyə məlumatlarının 1C proqram təminatına inteqrasiyası və 1C üzərindən avtomatik e-qaimə hazırlanmasının təmin edilməsi
✅ Əmək Haqqının hesablanılması üzrə məlumatların inteqrasiyası, müxabirləşmələrin formalaşdırılması, istifadə olunmamış məzuniyyətlər üzrə rezervlərin yaradılması və ikiliyazılışlarda öz əksini tapması.