Alternate Text

“1C ERP” proqram təminatında kontragentlər avtomatik yaradılır.

Alternate Text

“1C ERP” proqram təminatı üzrə kontragentlərin yaradılmasında məlumatlar İnternet Vergi İdarəsinə inteqrasiya edilir. Bəs bu prosesin hansı üstünlükləri var?  

Üstünlüklərin sıralanması aşağıdakı kimidir:

  • Kontragent məlumatlarının avtomatik əldə olunması zaman amilinin və iş prosesinin produktivliyindən xəbər verir.
  • Proses zamanı əl ilə daxil edilən məlumatların yaradacağı potensial xəta riski ortadan qalxır.
  • Kontragent məlumatlarının avtomatik əldə edilməsi yazılması vacib olan məlumatların qarşılıqlı olaraq əlavə edilməsini təmin edir.
  • Kontragent məlumatlarının avtomatik əldə olunması məlumatların təhlükəsiz əlavə olunmasını təmin edir.

Bu üstünlüklər İnternet Vergi İdarəsi ilə “ERP” proqram təminatının inteqrasiyasının iş proseslərinin təkmilləşdirilməsi və məlumatların uyğun şəkildə daxil edilməsi üçün  ən optimal olduğunu bir daha göstərir. Bu proses kontragentlərin yaradılması prosesini daha da asan və sürətli həll etməyə kömək edir.

 

27.02.2023

Digər xəbərlər
Alternate Text

"U and R Company" mənzil idarəçiliyi və ödənişlər üçün müasir platformanı - "UR Home"-u təqdim etdi!

“U&R Company” olaraq, məmnunniyyət hissi ilə bildirmək istərdik ki, yaşayış binalarının daha rahat idarə olunması və mənzillərin xidmət haqlarının sürətli ödənilməsi üzrə ən müasir onlayn platformanı - "UR Home"-u  təqdim edirik.

Bu layihə, binanı və ya kompleksi idarə edən heyət və mənzil sahibləri arasında əlaqəni sadələşdirərək, əməliyyatları daha asan və sürətli edir.

UR Home-un təqdim etdiyi əsas funksiyalar:

• Elektron sənəd dövriyyəsi ilə sürətli və təhlükəsiz əlaqə.
• Onlayn ödənişlərin rahatlıqla həyata keçirilməsi.
• Bildiriş sistemi (SMS, e-mail) ilə məlumatlılığın təmin edilməsi.
• Minik vasitələrinin idarə edilməsi və statuslarının izlənməsi.
• Ödənişlərə nəzarət və icra etmə

UR Home - Sizin ehtiyaclarınıza uyğun idarəetmə!

Bizi izlədiyiniz üçün təşəkkür edirik! 🙌

Alternate Text

"U&R Company" və McDonald’s" şirkəti 2023-cü ilin fevral ayından başlanan ERP layihəsini uğurla tamamlamış və aşağıda qeyd olunan modulların tətbiqi prosesi dəstək mərhələsinə keçmişdir.

 

 

Tətbiq olunan standart modullar:

🔸 Anbar və satınalma əməliyyatları
🔸 Satış əməliyyatları
🔸 Pul vəsaitləri əməliyyatları
🔸 Büdcə
🔸 Vergi əməliyyatları
🔸 İnsan resurslarının idarə olunması və əmək haqqı hesablanması
🔸 Rəhbərlik monitoru və hesabatları
🔸 Maliyyə və mühasibatlıq
🔸 Əsas vəsaitlərin idarə olunması
🔸 Mobil tətbiq
🔸 Elektron təsdiqetmə

Layihə çərçivəsində tətbiq olunan əlavə yenilik:

✅ McDonald’s-ın qlobal Mystore sistemi ilə inteqrasiyası

Alternate Text

"U&R Company" MMC-də daha 2 tələbə təcrübə proqramını müvəffəqiyyətlə tamamlamışdır.

ADNSU SABAH qrupu, Kompüter mühəndisliyi ixtisasi üzrə 4-cü kurs tələbəsi Əhmədova Aysel Kamran qızı və İnformasiya Texnologiyaları ixtisası üzrə 4-cü kurs tələbəsi Məmmədova Zeynəb Ramiz qızı 19 fevral 2024-cü il - 24 may 2024-cü il tarixlərində “U and R Company” MMC-də 1C proqram təminatının tətbiqi üzrə təcrübə proqramını uğurla tamamlayıblar. Tələbələr təcrübə müddətində proqram təminatı bilikləri ilə yanaşı iş mühitinə adaptasiya olma, tapşırıqların icra olunması və komanda ilə işləmə kimi bir sıra bacarıqlara da yiyələniblər.

Təcrübə proqramının sonunda tələbələr sertifikatla təltif olunublar. 

Həmçinin, qeyd etmək istərdik ki, Məhəmmədova Zeynəb Ramiz qızı URC şirkətində proqramlaşdırma üzrə kiçik mütəxəssis vəzifəsində fəaliyyətə başlamışdır.

Təcrübəçilərə növbəti uğurlar arzulayırıq!