"URC" şirkəti və "LLS Service" şirkəti arasında yeni əməkdaşlıq haqqında müqavilə imzalandı. Belə ki, imzalanan yeni müqaviləyə əsasən “1C ERP” proqram təminatında aşağıdakı modulların tətbiqi həyata keçiriləcək.
🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə
Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.
“APF Group” "1C ERP" proqram təminatına keçdi.
"U&R Company" ilə "APF Group” şirkəti arasında olan bu işbirliyi çərçivəsində “1C ERP”proqram təminatı ilə həyata keçiriləcək modullar aşağıdakılardan ibarət olacaq:
🔸İR idarə olunması və əmək haqqının hesablanması
🔸Satınalma və anbar
🔸Pul vəsaitləri
🔸Mühasibat əməliyyatlarının idarə olunması
🔸Vergi
🔸Əsas vəsaitlərin idarə olunması
🔸Satış əməliyyatlarının idarə olunması
🔸Rəhbərlik
🔸Büdcə
Layihənin 4 ay müddətinə təhvil verilməsi nəzərdə tutulur.
"Azericard"la olan ERP layihəsi uğurla tamamlandı.
“U&R Company” 2021-ci ildən «Azericard» şirkəti ilə birgə başladığı ERP layihəsini uğurla tamamladı. Sözügedən layihənin meneceri Sənan Cəbrayılov, texniki əməkdaşı isə Mətanət Bayramovadır. Layihə zamanı tətbiq olunan standart modulları sizə təqdim edirik:
🔸Maliyyə və mühasibatlıq
🔸Vergi
🔸Pul vəsaitləri
🔸Büdcə
🔸Əsas Vəsaitlər
🔸Administrasiya
🔸Satış
🔸HR & Payroll
Layihə çərçivəsində tətbiq olunan əlavə yeniliklər isə bunlardır:
✅ Aktiv istifadə olunan OWS sistemindən müştərilər üzrə dövriyyə məlumatlarının 1C proqram təminatına inteqrasiyası və 1C üzərindən avtomatik e-qaimə hazırlanmasının təmin edilməsi
✅ Əmək Haqqının hesablanılması üzrə məlumatların inteqrasiyası, müxabirləşmələrin formalaşdırılması, istifadə olunmamış məzuniyyətlər üzrə rezervlərin yaradılması və ikiliyazılışlarda öz əksini tapması.
«Glorri MMC» ilə tərəfdaşlığa başlandı.
“U&R Company” 2013- cü ildən bəri 70-dən artıq müəssisənin 100-dən çox layihəsini avtomatlaşdıraraq korporativ yeni həllər təklif edən şirkət kimi fəaliyyət göstərir. Şirkət ERP sistemləri, veb layihələr, İnsan Resurslarının idarəetməsi, korporativ təlimlər kimi bir çox sahədə müştərilərə dəstək verir.
“Glorri MMC” isə işəgötürmə proseslərini bir mərkəzdən idarə edən çevik və rahat platformadır. Bu platforma işə götürmə prosesinin hər bir mərhələsində müştərilərə dəstək və məsləhət verməklə ölkədəki ən qabaqcıl işə qəbul proseslərini avtomatlaşdıran platformadır.
Bu işbirliyinin həm “U&R Company”, həm də “Glorri MMC” üçün uğurlu strateji inkişafa dəstək olacağına inamımız böyükdür. Daha çox müştəriyə dəstək və həll təklif etmək üçün gücümüzü birləşdirdik!
Yeni əməkdaşlığımızın müştərilərimizə faydalı olmasını səbirsizliklə gözləyirik. Birlikdə daha da güclü olacağıq və müştərilərimizə sürətli, effektiv və innovativ həllər təqdim edəcəyik.